Qərblə qeyri-Qərb dünyası arasında AÇIQ MÜNAQİŞƏ - Qazanan bu təşkilat oldu

29-07-2024, 12:18           
Qərblə qeyri-Qərb dünyası arasında AÇIQ MÜNAQİŞƏ -
"Qərblə qeyri-Qərb dünyası arasında açıq münaqişə bir çox ölkələrin BRİKS-ə marağına səbəb olub".

Publika.az xəbər verir ki, bunu "RİA Novosti" agentliyinə müsahibəsində BRİKS Milli Tədqiqat Komitəsinin icraçı direktoru Georgi Toloraya deyib.

Onun sözlərinə görə, BRİKS yarandıqdan 10 il sonra “təcil itirməyə” başladı, lakin assosiasiyaya yeni üzvlərin daxil olması ona təkan verdi. Ekspert hesab edir ki, yeni geosiyasi vəziyyət BRİKS-in populyarlığına kömək edir.

"Bir çox ölkə qoşulmaq istədi", - Toloraya deyib.

O qeyd edib ki, artıq dünyanın 30-a yaxın ölkəsi alyansa qoşulmaq istəyir və bu, yeni qlobal siyasi və iqtisadi sistemin yaradılması üçün platformaya çevrilməlidir.

İyulun 29-da Rusiyanın Nikaraquadakı səfirliyinin birinci katibi Aleksandr İlyuxin bildirib ki , El Salvador BRİKS-ə qoşulma imkanlarını öyrənir və assosiasiyaya üzv olmaq üçün müraciət edə bilər.

Bir gün əvvəl Malayziyanın BRİKS-ə sədrlik edən Rusiyaya assosiasiyaya üzv olmaq üçün ərizə ilə məktub göndərdiyi bildirilib.

Hüseyn İbadlı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru