Ürəyinə görə sədrlikdən imtina edib, deputatlığa namizəd oldu - DETALLAR

29-07-2024, 18:27           
Ürəyinə görə sədrlikdən imtina edib, deputatlığa namizəd oldu - DETALLAR
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədri Səttar Möhbalıyev təşkilatın növbədənkənar qurultayının çağırılması barədə qərar verib.

TEREF Teleqraf.com-a istinadla xəbər verir ki, o, AHİK sədrliyi ilə vidalaşacaq, çünki sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində bitərəf namizəd kimi iştirak edəcək.

3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi üzrə namizədliyini verən Səttar Möhbalıyevin artıq namizədliyi qeydə alınıb.

Köməkçisi bildirib ki, Səttar Möhbalıyevin səhhətində problem olduğu üçün sədrliyə namizədliyini verməyəcək:

"İyun ayında ürəyindən əməliyyat olundu, buna görə də bu dəfə sədrlik postuna iddia etməyəcək. Hazırda Səttar müəllim Naxçıvandadır".

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbədənkənar VI qurultayı 2023-cü ilin dekabrın 20-də keçirilib.

Xatırladaq ki, bu il YAP-ın namizədləri sırasında S.Möhbalıyevin adı olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru