ŞOK müharibə hesabatı: - ABŞ 3-4 həftəyə Çinə məğlub ola bilər

31-07-2024, 00:02           
ŞOK müharibə hesabatı: -
XXI əsrin əvvəllərində İraqı işğal edib, diqqətini Yaxın Şərqə yönəldən ABŞ, Donald Trampın prezidentliyi dövründə Barak Obama dönəmində işarə etdiyi dəyişikliyi reallaşdırdı. Vaşinqton administrasiyası Suriya kimi ölkələrdə əsgər sayını azaldaraq Cənubi Asiyadakı müttəfiqləri ilə Çini mühasirəyə almağa başlasa da, sonradan Yaxın Şərq siyasətində boşluqlar və boz sahələr meydana çıxdı. Rusiyanın Ukraynaya hücumu isə balansı kökündən dəyişdirdi. Avropanı beynəlxalq gündəmdə birinci yerə qoyan ABŞ, Kiyev administrasiyasına on milyardlarla dollarlıq silah yardımı göstərdi və NATO-dakı müttəfiqləri də Vaşinqton administrasiyasının ardınca getdi.

Reyting.az bildirir ki, ötən illərdə Cənubi Asiyada, xüsusən də Tayvan məsələsində ən ciddi rəqibi Çinlə hesablaşan ABŞ, mübahisəli Cənubi Çin dənizi ətrafındakı ölkələrlə bir-bir anlaşaraq Çini mühasirəyə almağı bacarıb.

Amerika qoşunlarının 30 ildən sonra ilk dəfə Filippinə qayıtmasını təmin edən razılaşma ilə ABŞ-nın Cənubi Çin dənizi ətrafında yaratmağa çalışdığı müdafiə qalxanı 2023-cü ilin fevral ayından etibarən tamamlanıb. Buna qədər cənubda Avstraliya, şimalda Yaponiya və Cənubi Koreyanın daxil olduğu xəttdə çatışmayan yeganə ölkə Filippin idi.

Bu gün Amerika mətbuatında, ehtimal olunan Çin-ABŞ müharibəsi ilə bağlı geniş təhlil dərc edilib. Təhlildə ABŞ-nın müharibə strategiyalarının Rusiya və Çinin təhdidlərinə qarşı köhnəldiyi və yetərli olmadığı bildirilir.

114 səhifəlik hesabatda ABŞ-nın həm Çinə, həm də Rusiyaya qarşı daha aqressiv mövqe tutmalı olduğu vurğulanır.

Hesabatda qeyd olunur ki, Çinlə mümkün müharibə üçün ABŞ donanması gücləndirilməlidir. Eyni zamanda, Rusiyanın Avropa üçün təhlükəsi ilə mübarizə aparılmalı, NATO ölkələrinin ABŞ-dan asılılığı azaldılmalı və Şərqi Avropada hərbi bazalar artırılmalıdır.

Digər tərəfdən, hesabatda qeyd olunur ki, ABŞ Çinlə çoxölçülü müharibəyə başlaya bilməz. Əks təqdirdə Vaşinqtonun sursatı 3-4 həftəyə tükənər.

Qeyd olunur ki, ABŞ nəinki Çin və Rusiya ilə eyni anda müharibəyə başlayacaq, həm də silah-sursat çatışmazlığı səbəbindən iki ölkənin heç biri ilə müharibə edə bilməyəcək vəziyyətdədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.