Həbs olunan Krapivin Prezidentlə nə vaxt görüşüb? - KÖHNƏ FOTO

3-08-2024, 00:18           
Həbs olunan Krapivin Prezidentlə nə vaxt görüşüb? - KÖHNƏ FOTO
Sosial şəbəkələrdə və bəzi media orqanlarında dünən həbs olunan tanınmış kriminal avtoritet, milyonçu Oleq Krapivinin (Oleq Bakinski) Prezident İlham Əliyevlə fotosu paylaşılır. Paylaşımlardan belə anlaşılır ki, həmin foto Oleq Bakinski “Tərəqqi"medalı ilə təltif olunarkən çəkilib.

Bakupost.az -ın araşdırması zamanı məlum olub ki, sözügedən foto 2016-cı ildə Prezidentin bir sıra veteran idmançılarla görüşü zamanı çəkilib.
Məlum olduğu kimi, Oleq Krapivin sərbəst güləş üzrə Azərbaycanın və SSRİ-nin əməkdar məşqçisi, əməkdar idman ustasıdır. O, 14 dəfə Azərbaycan çempionu, veteranlar arasında dünya çempionu, dəfələrlə beynəlxalq turnirlərin qalibi olub.
Oleq Krapivin “Tərəqqi" medalını 22 aprel 2022-ci ildə, Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayında alıb. Həmin vaxt Prezident şəxsən heç kimi təltif etməyib.
Qeyd edək ki, “Oleq Bakinski”nin konkret hansı əməlinə görə həbs edilməsi hələlik açıqlanmır. Dünən DİN-in Mətbuat Xidmətidən bildirilib ki, “Oleq Bakinski” törətdiyi cinayət əməlinə görə həbs edilib, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları tərəfindən cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.