ÖLKƏNİN ƏZƏMƏTİ NƏ İLƏ ÖLÇÜLÜR?

16-08-2024, 16:14           
ÖLKƏNİN ƏZƏMƏTİ NƏ İLƏ ÖLÇÜLÜR?
Moskva Dövlət Universiteti dünyanın ən yaxşı 100 universiteti arasından dığırlanıb çıxıb.
Rusiyanın ən böyük universiteti Şanxay reytinqinin (Academic Ranking of World Universities, ARWU) ilk yüzlüyünə belə düşə bilməyib.
Lomonosovun adını daşıyan bu universitet yalnız 101–150 intervalında bərqərar olub. Halbuki ötən il universitet 97-ci pillədə idi.
Şanxay reytinqi digər reytinqlərdən fərqlənir.
Bura düşmək üçün əsas meyar elmi nailiyyətlərdir.
Bütün universitetlər 6 bal üzrə qiymətləndirilir ki, bunlar arasında Nobel mükafatı alan məzunların sayı da var.
İlk 10 yerdən 8-i ABŞ universitetləridir.
Zənnimcə, 21-ci əsrdə ölkənin əzəmətini məhz belə göstərici ortaya qoyur.
***
Yuxarıda yazdıqlarım yəqin sizin üçün də gözlənilməz olmadı.
Rusiya bütün sahələrdə (Avropanın “benzikolonkası” olması xaricində) uçuruma doğru gedir (Əvvəl yuvarlanırdı yazırdım, indi isə ildırım sürəti ilə getdiyi barizdir). Yəni, hansı birini deyəsən, hansı birinə başını yelləyəsən.
Elə bu səbəbdən də ARWU reytinqi ilə bağlı heç nə yazmayacaqdım.
Ancaq bu sabah rus mediasında bir xəbər gördüm. Yazırlar ki, bəs Moskva Dövlət Universiteti dünyanın ən nüfuzlu ali məktəbləri içində ilk 200-ün içində yer tutub. Halbuki keçən illə müqayisədə ilk 100-dən 200-ə düşüb.
***
Tolstoyevskilər isə növbələrə yazılırlar.
Yeni dərs ilinin başlamasına az qalıb.
Rus sektorlarında yer tapmaq üçün mübarizəyə start verilib.
Vacib mübarizədir, axı gül kimi balalarını rus məktəblərinə yerləşdirəcəklər.
Yerləşdirəcəklər ki, uşaqları 12 il oxuyub rusca danışa bilsinlər.
Axı rus məktəbləri rus dilindən başqa heç nə öyrətmir.
12 il nəsə başqa bir şey öyrənmək əsas deyil.
Əsas orjinalda oxumaqdır…
İbrahim Nebioğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.