"Azay Quliyev məğlub olacaq və Əli Həsənov parlamentdəki son nümayəndəsini itirəcək"

17-08-2024, 09:38           
"Azay Quliyev məğlub olacaq və Əli Həsənov parlamentdəki son nümayəndəsini itirəcək"
"Azay Quliyev Əli Həsənovun Azərbaycan parlamentində sonuncu nümayəndəsidir. O qədər yaxın olublar ki, Azay Quliyevin rəhbərlik etdiyi QHT Şurası illərlə Əli Həsənovun ailəsinə məxsus ofisdə (Fikrət Əmirov küçəsi 1) yerləşib və ona milyonlarla pul ödəyib.

Bunu 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Mustafa Hacıbəyli bildirib.

Onun sözlərinə görə, 8 saylı dairədə Azay Quliyevin zərrə qədər nüfuzu yoxdur: "İmza toplayarkən seçicilər mənə "Əvvəlki deputatın bir dəfə də üzünü görmədik, siz də beləmi olacaqsınız?" - deyə, sual verirdilər. Sentyabrın 1-də Azay Quliyev məğlub olacaq və Əli Həsənov parlamentdəki son nümayəndəsini itirəcək".

Bu və digər iddialarla bağlı Azay Quliyevin mövqeyini dərc etməyə hazırıq.

Xatırlatma: Bir neçə gün öncə, A.Quliyevə məxsus olduğu bildirilən Bakıdakı villa ilə bağlı onun köməkçisi ilə əlaqə saxlasaq da, cavab ala bilmədik. Bildirildi ki, hazırda seçkiqabağı təşviqatla məşğuldurlar. \\Pravda.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.