Putinin Bakı səfəri: Fəlakətimizin başlandığına işarədir

17-08-2024, 15:06           
Putinin Bakı səfəri: Fəlakətimizin başlandığına işarədir
Əslində son 10 günə qədər dünya üçün , eləcə də Qafqaz regionu və Azərbaycan üçün bu qədər böyük təhdid və təhlükə olmamışdı. Sözün həqiqi mənasında bütün proseslərin ən gərgin hissəsindəyik! Hissəsindəyik” deyirəm, çünki Azərbaycan istəməsə belə dünyada gedən proseslərdən kənarda deyil və getdikcə proseslərin içərisinə darılır, çəkilir. Axı niyə? Deyirsinizsə, siyasi analizimi diqqətlə oxuyun...
Rusiya üçün gözlənilməz olan Ukrayna Silahlı Qüvvələrininm 80-ci “Qalisiya” desant-hücum briqadası Kursk vilayətinə hücumu Putini indiyə qədər etmədiyi etirafı etməyi məcbur etdi:” Vəziyyət ağırdır”.
Bəli, indiyənə qədər olmayan bir təxliyə də artıq baş verdi. 200 minə yaxın insan sərhəd rayonlarından təxliyə edildi. Ukraynalı polkovniklərdən birinin açıqlamasında deyilir ki, 2000-ə yaxın rus əsgəri də əsir götürülüb.
İlanın Tora düşəndə zəhərini hara axıdır?- Variantlar...
Öz hərəkətlərini qanuni hesab edən Putin Ukraynanın hərəkətlərini terror və təxribat adlandırıb.
Üstəgəl Ukrayna Ordusu Kursk vilayətinin Qluşkovski rayonunu ələ keçirməyi planlaşdırması da Rusiyanın daxilində böyük bir gərginliyin başlamasına da işarədir. Yəni, NATO-nun Ukraynanın əli ilə Rusiyanı tora saldığı aksiomadır.
Tora düşən ilanın çabalamalarını düşünürəm ki, hər kəs izləyib, İlan çırpınır, azad olmaq üçün çabalayır,özünü hər tərəfə çırpır. Təsəvvür edin, bədəninin bəzi yerləri yaralanır, qanayır amma o bu ağrını hiss etmədən özünü hər yerə çaxır. Hətta zəhərli ilanlarda başı kəsiləndən sonra ətrafdakı insanlara hücum edib, onları dişləyib, zəhərini töküb. Hazırda Rusiyanı, daha doğrusu Putini bu şəkildə görmək mümkündür. Yəni başını itirib.
Odur ki, başqalarını da zəhərləyəcək planlar qurmaqda, həyata keçirməkdə “çırpınmaları”nı davam etdirir.
Putinin Türkiyə səfəri də gündəmdədir, niyə baş tutmur?
Putinin Türkiyəyə səfəri uzun zamandır ki, gündəmdə olsa da, amma səfər aylardır təxirə salınmağa davam edir. Belə bir məqamda Putinin avqustun 18-19-da Azərbaycana səfər etməsi nəyə lazımdır? Axı Azərbaycan hegemonlar sırasında olan bir ölkə deyil və çıxılmaz vəziyyətdə olan Rusiyaya heç bir böyük köməyi dəyə bilməz! Niyə Türkiyə deyil, məhz Azərbaycan!
Deməli, tarixi faktlar da deyir ki, Rusiya tarix boyu heç vaxt nə ona hücum edən Almaniyanı, nə də digər dövlətləri Türkiyə qədər təhlükəli hesab etməyib. Rusiyanın ən çox hücum etdiyi və müharibə apardığı Türkiyə olub. Hazırda bütün dünya Putin rejiminə qarşı olsa da Türkiyənin Rusiyaya ilıq münasibəti Rusiyanın Türkiyəyə olan patoloji nifrətini azaltmayıb. Odur ki, Putin Türkiyəni gücdən salmaq üçün bir sıra planlar işləyib hazırlayır.
Crocus City Hall" müəmmasında Türk düşmənçiliyi
Planlardan biri : Putin “Rusiyada yaşayan xarici vətəndaşların vəziyyəti haqqında” qanunu təsdiqləyib. Yeni qanuna əsasən, Rusiyadakı miqrantlara ölkədə taksi, ictimai nəqliyyat idarə etmək qadağan ediləcək. Onlara həmçinin qida sektorunda işləməyə, tütün və spirtli içkilər satmağa, eləcə də məktəbəqədər təhsil müəssisələrində çalışmağa izin verilməyəcək.
Yeni qanun miqrantlara qarşı əlavə məhdudiyyətlərin tətbiqinə də imkan yaradacaq.
Xüsusən, hazırda Rusiyada miqrant olaraq çoxluq təşkil edən Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan , eləcədə Azərbaycan vətəndaşları (çornıy mazıy) bu məhdudiyyətdən böyük zərər görəcəyi məlumdur.
Bütün dünya iddia etdi ki, Rusiyanın Krasnoqorsk şəhərində "Crocus City Hall" konsert salonuna hücumu dövlət təhlükəsizlik orqanları təşkil edib. Amma bəzilərinə hələ də müəmmalıdır ki, niyə Rusiya onunla müharibə aparan ukraynalıları yox, onu məhv etməyə and içmiş Avropa dövlətlərinin vətəndaşlarını yox, əbədi düşməni ABŞ təhlükəsizlik xidmətinin təşkilatını yox , məhz heç bir təhsili, peşəsi olmayan türk əsilli şəxsləri “terrorçu” çıxartdı? Bu Türkiyəyə qarşı, türk dövlətlərinə qarşı bir təxribat hərəkəti deyilmi? Rusiyada yaşayan Asiyalı və qafqazlılara qarşı ümumrusiya nifrətinin böyütməyə hesablanmayıbmı?Putin sadə rusların 145 vətəndaşın ölümünü bağışlamayacağını anlayır.
Rusiyanın türklərə qarşı "11 sentyabr" gedişi
Genetik olaraq Rusiyanın Türkə nifrəti hər addımda anlamaq çətin deyil! Crocus City Hall otel olayında məhz türk əsilli, həm də müsəlman olan Dalerjon Mirzoyev, Saidakram Raçabalizoda, Şamsidin Fariduni və Muhammadsobir Fayzovun həbs etdirmək əslində çox məkrli bir plandır. Nəzərə alın ki, Crocus City Hall oteli də bir azərbaycanlı milyarderə məxsusdur. Deməli Rusiya ən çox Turan qurmağa meyilli olan Türk dövlətlərini vurmaqla Türkiyəyə “ilişir”.
Qanun artıq qüvvəyə minib. Bu gündən miqrantların başına açılacaq oyunlar təsəvvür edilməyəcək dərəcədə dəhşətli olacağını da bilmənizi istərddim. Məhdudiyyətlərin səbəbi aydınlaşdımı?Onu da xatırladım ki, 11 sentyabr terror aktlarından sonra ABŞ-ın başçılığı ilə başladılan beynəlxalq hərbi kampaniya Terrorizmlə qlobal müharibə (ing. Global War on Terrorism) adlanır. Həmin kampaniyadan sonra öldürülən müsəlmanların viran qalan İslam ölkələrinin aqibətini xatırlayırsınızmı? Crocus City Hall dakı olaylar da məhz türk əsilli insanlara qarşı eyni kampaniyanın təkrarıdır.
Ermənistanla sərhəddimizdəki hazır düşmənlərin siqnalları
İkinci Plan: Putinin Bakıya gəlişi: Hamımıza məlumdur ki, Avropa, eləcə də dünya mediası bəzən açıq , bəzən də eyhamlı şəkildə Azərbaycanın Rusiyanın yanında olduğunu vurğulayır. Bu axına qarşı hərəkət kimi də dəyərləndirilir. Amma Azərbaycan siyasi iradəsii, bəzəndə Türkiyənin dəstəyi ilə belə olmadığını ortaya qoya bilir.
Amma görünən odur ki, Qərbi inandırmaq mümkün olmayıb. Çünki artıq 1 ildir ki, Fransa, Yunanıstan, ABŞ, Kipr və sair ölkələrin Ermənistanda hərbi təlimlər keçirməsi, bu ölkəyə müasir dağıdıcı və təhlükəli silahlarla təhciz etməsi dediyimizə sübutdur. Azərbaycan isə ciddi cəhdlə inkar edir ki, Rusiyanı dəstəkləmir və Ukraynaya göndərdiyi humanitar yardımları misal göstərir. Belə olan surətdə Azərbaycanı dünya ictimaiyyətinə rəzil etmək üçün Putin Bakıya səfər etmək planını həyata keçirir.
Putinin bizi hədəf etmək planı: Bakı səfəri
Xatırlayırsınızsa , Putin Ukrayna müharibəsində Rusiyaya dəstək verən dövlətlərə- Çinə, Şimali Koreya və Vyetnama səfər etmişdi. Bakıya səfəri isə Bakıya qarşı məkrli bir plandır. Həm Qafqazda güclənmiş bir dövlət olan Azərbaycan sərhəddimizə yığışan qeyri erməni qüvvələrinin müdaxiləsi ilə gücdən salınır , həm də Türkiyənin ən böyük dəstəkçisi olan Azərbaycana böyük bir zərbə vurulur!
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 15-16-da Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası (Sədərək və Ordubad) istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutması bəlkə də bir işarədir. Axı hamımıza məlumdur ki, Azərbaycan mövqelərinə atəş açmaq hazır ki, halda Ermənistanın öz cəsarəti deyil. Hərbi təlim adı ilə İrəvana gəlib orada yerləşən fransalı, amerikalı, yunanıstanlı, kiprli hərbçilərin və onlara məxsus güclü silahların, eyni zamanda Hindistan və İranın dəstəyinin təcəllisidir.
Əntiqə Rəşid Aslan
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.