Mahir Süleymanlının namizəd olduğu dairədə nə baş verir? - AÇIQLAMA

18-08-2024, 09:44           
Mahir Süleymanlının namizəd olduğu dairədə nə baş verir? - AÇIQLAMA
Milli Məclisə 1 sentyabrda keçiriləcək növbədənkənar seçkilər ətrafında müzakirələrin dairəsi getdikcə genişlənir.

Hazırda haqqında söz-söhbət yayılan dairələrdən biri 56 saylı Şabran-Xaçmaz Seçki Dairəsidir.

Dairədə qeydə alınan 7 namizəddən 5-i bitərəfdir. Rəqabət aparan digər iki güclü namizəd isə YAP təmsilçisi Mahir Süleymanlı və REAL-ın təmsilçisi Rüstəm Hidayətzadədir.

Sosial şəbəkələrdə paylaşılan məlumatlarda bildirilir ki, keçmiş deputat Tahir Süleymanovun nəvəsi Mahir Süleymanlı da rəqiblərini maliyyə gücü ilə sıxışdırır və ona bu işdə Xaçmaz Rayon İcra Hakimiyyəti “dəstək” verir.

Məsələni dəqiqləşdirmək üçün Pravda.az-ın əməkdaşı “İqtisadiyyat REALLIQDIR!” şüarı ilə seçkiyə qatılan R.Hidayətzadənin fikirlərini öyrənib. Hidayətzadə iddiaları belə dəyərləndirib: “Hələ ki mənə bu barədə zəng edən olmayıb. Olsaydı, deyərdim. Bu barədə başqalarından da heç nə eşitməmişəm…” \\Yeni Gundem













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru