Polad Bülbüloğlu Putini Bakıda hansı sifətdə qarşılayıb, deputatlığa namizəd kimi, yoxsa səfir kimi?

19-08-2024, 09:38           
Polad Bülbüloğlu Putini Bakıda hansı sifətdə qarşılayıb, deputatlığa namizəd kimi, yoxsa səfir kimi?
Bu ayın əvvəlində Polad Bülbüloğlunun növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyinin qeydiyyata alınması ilə bağlı onun Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri kimi səlahiyyətlərinin icrasını müvəqqəti dayandırması barədə məlumat yayılmışdı.
Hətta Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə mətbuata açıqlamasında məlumatı təsdiq etmişdi.

Amma budur, seçki bitməyib və o Putinin Azərbaycana rəsmi səfəri ilə bağlı Rusiya rəsmi TASS agentliyinə səfir kimi açıqlama verir. Bizim mətbuat da onu beləcə təqdim edir. Nə XİN, nə MSK, nə də deputatlığa namizəd tərəfindən bu komediya ilə bağlı Rusiya rəsmi dövlət agentliyindən heç bir düzəliş tələb olunmur.
Sual olunur, Azərbaycan Respublikasının Seçki Məcəlləsi Putinin, yoxsa Polad Bülbüloğlunun ayağının altında qalıb?
Cavanşir Həsənli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru