Anar Məmmədovun rəqibi etiraz etdi: Bu ədalətsizlik… VİDEO

19-08-2024, 15:22           
Anar Məmmədovun rəqibi etiraz etdi: Bu ədalətsizlik… VİDEO
97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsindən namizədliyini irəli sürən ictimai fəal Şəhriyar Məcidzadə Tərtər rayonunda üzləşdiyi vəziyyətdən gileylənib.

Tribunainfo.az xəbər verir ki, namizəd Tərtər rayonunda ona qarşı açıq-aşkar ədalətsizlik edildiyini bildirib.

“Azərbaycan dövləti multikultural dövlətdir. Azərbaycan kimi multikultural dövlətdə bütün dini icmalar, bütün etnik qruplar, bütün fərqli düşüncəyə sahib insanlar hər zaman ədalətlə yaşayıblar. Ancaq Tərtər rayonunda mənim üzləşdiyim bu repressiya, ədalətsizlik, bu şəkillərin ölçüləri mənə olan açıq münasibəti bir daha göstərmiş oldu. Razı qalmış oldunuzmu məndən, hörmətli Tərtər rayonunun “kramerləri”?”.

Qeyd edək ki, Ş.Məcidzadə bundan öncə də hazırlatdığı seçki plakatlarının ölçüsünün digər namizədlərin plakatından kiçik olduğunu bildirmişdi. Onun sözlərinə görə, digər iki namizədin – Anar Məmmədov və Qələndər Muxtarlının plakatının ölçüsü daha böyükdür. Ona isə MSK-dan ancaq daha kiçik ölçülü plakat hazırlamağa icazə verilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru