Yaxın Şərq yaşayış üçün yararsız hala çevrilir

20-08-2024, 18:54           
Yaxın Şərq yaşayış üçün yararsız hala çevrilir
İqlim dəyişikliyi Yaxın Şərqi yaşayış üçün yararsız edəcək.

Gununsesi.info xəbər verir ki, bunu Xarici Əlaqələr Şurasının analitikləri Kristina Buri və Stiven Kuk“Foreign Policy” jurnalında dərc olunan məqalədə bildiriblər: “İqlim dəyişikliyi Yaxın Şərqi yaşayış üçün yararsız edəcək. Bu yay region üçün qəddar olub və onun nəticələri bütün dünyaya yayılır”.

Analitiklər qeyd ediblər ki, iyulun ortalarında Dubayda istilik indeksi 144 dərəcə Fahrenheit (təxminən 62 dərəcə Selsi) təşkil edib.

İyunun sonunda Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Böyük Məsciddə 125 dərəcə (51 dərəcə) temperatur qeydə alınıb.

1300-dən çox insan bu anormal havanın qurbanı olub. Bu və ötən ilin istisi quraqlığa, xəstəliyə, ölümə səbəb olur.

Bundan əlavə, Dünya Bankının hesablamalarına görə, 2050-ci ilə qədər su çatışmazlığı regionun ÜDM-ni 14% azaldacaq.

2021-ci ildə UNICEF hesabatında Misirin 2025-ci ilə qədər susuz qala biləcəyini və Nil çayını xüsusi gərginlik altına salacağını bildirilib.

Analitiklər iddia edirlər ki, soyuq Avropa ölkələrinə miqrasiya yaxın gələcəkdə iqlim dəyişikliyinin anormal təsirləri ilə qaçılmaz şəkildə üzləşəcək Yaxın Şərqlilər üçün yeganə seçimdir.

Sinoptiklərin fikrincə, 2024-cü ilin yayı bütün rekordları qıra və meteoroloji müşahidələr tarixində ən isti yay ola bilər. Bu, El Nino termal fenomeninin təsiri – Sakit Okeanın ekvatorial temperaturunun dəyişməsi nəticəsində baş verəcək. Bütün dünyada hava anomaliyaları müşahidə olunacaq.

Xatırladaq ki, iyunun 16-da Səudiyyə Ərəbistanında müsəlmanların illik Həcc ziyarəti zamanı 14 iordaniyalının öldüyü bildirilmişdir.

İyunun 18-də Səudiyyə Ərəbistanı Həcc ziyarəti zamanı azı 550 nəfərin öldüyünü açıqlayıb. İqlim dəyişikliyinin həcc ziyarətinə getdikcə daha çox təsir etdiyi də aydınlaşdırılıb.

Ritualların keçirildiyi ərazidə temperatur hər 10 ildən bir 0,4 dərəcə yüksəlir.

Bu il iyunun 17-də Məkkədə Məscidül-həramda havanın temperaturu +51,4 dərəcəyə çatıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.