Əliyev Paşinyandan fərqli olaraq, imzasına hörmət edir – Mkrtçyan
21-08-2024, 10:30
“Paşinyana elə gəlirdi ki, Qarabağı “hədiyyə” vermək müqabilində Qərb Azərbaycanı Rusiya müqaviləsindən imtina etməyə inandıra, iki ölkə isə Putini birgə devirə biləcək”. Tribunainfo.az xəbər verir ki, bu fikirlər ekspert Davit Mkrtçyana məxsusdur.
O deyib ki, Paşinyandan fərqli olaraq, Azərbaycan Prezidenti İlham Əliyev imzasına hörmət edən dövlət başçısıdır. “Ancaq Paşinyandan fərqli olaraq Əliyev özünün imzaladığı sənədə hörmətlə yanaşdığını göstərdi. Bu səbəbdən də Moskvada siyasi imkanlarını artıra bildi”.
Mkrtçyan onu da vurğulayıb ki, Əliyevdən fərqli olaraq, Paşinyan göstərdi ki, sözünün heç bir dəyəri yoxdur. “Hətta tərəfdaşlarına yaltaqlanmaq üçün ölkəsinin maraqlarını belə qurban verə bilər”.
Erməni ekspertin düşüncəsinə görə, Paşinyan Qarabağı öz xeyrinə “qurban verib”. “Dünən öz maraqları üçün Qarabağı qruban verən Paşinyan bu gün Ermənistanı qurban vermək qərarı ilə üzləşib. Çünki onun başqa yolu qalmayıb”.
Mkrtçyan sonda bildirib ki, Paşinyanın indiki məqamda yalnız bir yolu qalıb. “Bu, Azərbaycanı təxribata çəkməkdən ibarətdir. Nəticədə, Bakı güc yolu ilə Zəngəzur dəhlizini açacaq və istəyini reallaşacaq”.