BRICS-lə bağlı bir neçə teziz: Üzv ölkələr bizə ancaq balaca bazar, üzərindən yol keçən ölkə kimi baxacaqlar.

22-08-2024, 12:04           
BRICS-lə bağlı bir neçə teziz: Üzv ölkələr bizə ancaq balaca bazar, üzərindən yol keçən ölkə kimi baxacaqlar.
- BRICS siyasi, hərbi təşkilat deyil, siyasi və hərbi institutları yoxdur, olması da mümkün görünmür - çünki, bu təşkilatda bir-birinə siyasi olaraq zidd mövqedə dayanan, potensial hərbi münaqişə ehtimalı olan ölkələr var,
- Sırf iqtisadi təşkilatdır, əsas hədəflərinə BRICS-ə üzv olan ölkələrin qarşılıqlı investisiyaların qorunması, qarşılıqlı ticarətdə güzəştli tariflərlə ticarət, yeni nəqliyyat dəhlizləri kimi məsələlər daxildir,
- Təşkilata daxil olan Çin, Hindistan, Braziliya, CAR-ın Avropa İttifaqı və ABŞ-la ümumi ticarət dövriyyəsi 3 trilyon dollardır. Bu isə o deməkdir ki, BRICS-in aparıcı 5 ölkəsindən 4-nün əsas ticarət tərərdaşları Avropa İttifaqı ilə ABŞ-dır - yəni, BRICK-ın Qəbr ölkələrindən qarşılıqlı asılılığı var, Rusiya və İran xaric, digərləri məhz Qərb bazar iqtisadiyyatı modeli ilə idarə olunurlar. Hətta Rusiya və İranda həmin modelin elememtləri - qiymətli kağızlar bazarı mövcuddur, orta-kiçik sahibkarlıqda rəqabət mövcuddur. Bir daha - BRICK Qərblə içli-dışlı, Qəbrsiz mövcudluğu mümkün olmayan (necə ki, Qərb də iqtisadi olaraq Çin, Hindistan, Braziliya, CAR, hətta Rusiyasız mövcud deyil, ola da bilməz) qlobal layihədir,
- Məsələ odur ki, Azərbaycanın da əsas ticarət tərəfdaşı Qəbr ölkələridir. Ölkəmizin ixracatının 80%-i Qərb ölkələrinədir (Türkiyə və İsraili də saysaq, onlar da coğrafi olaraq Qərbdir). Azərbaycana qoyulan investisiyaların da 85%-i həmin ölkələrin payına düşür.
Yaxşı, bəs Azərbaycan nədən BRICK-ə üzv olmaq istəyir?! Ölkəmizin BRICS-ə üzv olması əsasən loqistika məsələlərilə bağlıdır. Çünki coğrafi olaraq Çin və Hindistanın marağında olduğu yeni dəhlizlər, Orta Dəhliz, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin mərkəzində yer alan ölkə məhz Azərbaycandır. Çin və Hindistanın isə bu dəhlizlərdə mühüm maraqları var. BRICS-ə üzvlüyümüz Azərbaycana ziyan gətirməyəcək. Əgər münasibətləri doğru düzgün qura bilsək, BRICS Azərbaycana əlavə investisiyaların cəlb olunmasına şərait yaradan təşkilata da çevrilə bilər.
Bu mənada ora üzvlüyün SİYASİ risqləri yox dərəcəsindədir - amma, İQTİSADİ riskləri var, çünki ancaq istehlaka söykənən, iki borudan asılı qalan primitiv iqtisadi modelimiz var, kiçik-orta sahibkarlıq can verir, vergi-gömrük siyasəti yanlışdır, ən əsası, ölkəmizdə BRICK-in əsas dövlətlərində olduğu kimi, Qərb iqtisadi modelinin institutları yox dərəcəsindədir. Deməli biz üzv ölkələr bizə ancaq balaca bazar, üzərindən yol keçən ölkə kimi baxacaqlar. Belə...
Natig Jafarli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru