Agentlik sahibkarlardan rüşvət alıb, yararsız qidaların satışına göz yumur, dolaysıyla bizi zəhərləyir”.

31-08-2024, 00:02           
Agentlik sahibkarlardan rüşvət alıb, yararsız qidaların satışına göz yumur, dolaysıyla bizi zəhərləyir”.
Naxçıvanda insan orqanizmi üçün təhlükə yaradan yarasız ərzaq və ət məhsullarının satışı son vaxtlar artıb. Buna səbəb yerli Qida Təhlükəsizliyi Agentliyinin bəzi sahibkarlardan rüşvət alıb, pozuntulara göz yumması göstərilir. Rüşvət verməyən sahibkarların isə, sağlam məhsulları yararsız adı ilə müsadirə olunur. Daha sonra bu məhsullar rüşvət verən sahibkarların əli ilə yenidən satışa çıxarılır. Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup yerli sakin və sahibkar məlumat verib. Onlar bildirirlər ki, agentlik “kəndxudanı gör, kəndi yar” prinsipi ilə işləyir.
Yerli sakinlər bildirirlər ki, vaxtı keçmiş və zərərli qidalar üzündən tez-tez zəhərlənmələr baş versə də bu cür hallar ictimaiyyətdən gizlədilir. Naxçıvan şəhər sakini Rasim Kərimov deyir ki, bu yaxınlarda onun qohumları da dükandan aldıqları məhsuldan zəhərləniblər:
“Belə ciddi məslələrə niyə göz yumurlar, başa düşmürük. Qohumlarım zəhərlənəndə hədə-qorxu gəldilər ki, heç yerdə danışmasınlar. Deyilənə görə, bu şəraiti yerli Qida Təhlükəsizliyi Agentliyi yaradır. Yəni, agentlik sahibkarlardan rüşvət alıb, yarasız qidaların satışına göz yumur, dolaysıyla bizi zəhərləyir”.
Sahibkar M. Babayev deyir ki, zəhərlənmə hallarının artması bu yaxınlarda polisi bəzi ərzaq dükanlarında əməliyyat keçirməyə məcbur edib:
“Son vaxtlar polislər Babək rayonunda, Naxçıvan şəhərində, Əliabad qəsəbəsində və digər yerlərdə əməliyyat apararaq, vaxtı keçmiş və üzərində saxta tarix olan məhsullar aşkarlayıblar. Əliabad qəsəbəsində aparılan əməliyyat zamanı küllü miqdartada vaxtı keçmiş kolbasa, sosiska və digər ət məhsulları aşkarlanıb. Lakin, Naxçıvan Qida təhlükəsizlik Agentliyinə buna görə gözün üstə qaşın var deyən olmadı. Agentlik ancaq pul yığmaqla məşğuldur. Pul verənlərə yaşıl işıqdır. Nə istəslər sata, dövrüyəyə buraxa bilirlər. Bizim kimi rüşvət erməyənlərin isə günü qaradır. Sağlam məhsulumuzu yarasız kimi aktlaşdırıb, müsadirə edirlər. Üstəlik cərimələyirlər də”.
Naxçıvan şəhərində qəssab işləyən S. Xudiyev deyir ki, rüşvət vermədikləri üçün agentlik onları da gözümçıxdıya salıb:
“Biz rüşvət vermədiyimiz üçün işləməyə imkan vermirlər. Lakin, rüşvət verən qəssablar nə istəsə, sata bilərlər. Onların kəsdiyi əti yoxlama aparmadan möhürləyib, satışa icazə verirlər. Buna görə, muxtar respublikada bürsulyoz və digər xəstəliklərin sayı artıb. Çox zaman isə xəstəlikdən ölmüş heyvanları agentliyin əli ilə kolbasa sexlərinə satırlar. Bunu hər kəs bilir, lakin tədbir görən yoxdur”.
Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən iddialarla bağlı açıqlama vermək istəmədilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.