Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb – QALMAQAL – VİDEO

30-08-2024, 19:50           
Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb – QALMAQAL – VİDEO
VI çağırış Milli Məclisin deputatı Fəzail Ağamalının qızı, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Günay Ağamalının avqustun 29-da Salyan rayonunun Sarvan kəndində keçirilən seçicilərlə görüşü qalmaqalsız ötüşməyib.

Pravda.az xəbər verir ki, görüşü yarımçıq tərk edən Günay Ağamalıya etiraz edənlər onu debata çağırıblar.

Sosial şəbəkədə “Fəzail Ağamalının qızı Salyandan qovuldu” başlığı ilə yayılan görüntülərdən məlum olur ki, xanım namizəd etiraz edənlərə heç bir cavab verməyib, avtomobilinə əyləşərək məkanı tərk edib.

Pravda.az görüntülərlə bağlı Günay Ağamalı ilə əlaqə saxlasa da, zənglərə cavab verməyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru