Putin Monqolustana getməklə beynəlxalq aləmə mesaj göndərib

4-09-2024, 10:33           
Putin Monqolustana getməklə beynəlxalq aləmə mesaj göndərib
Monqolustanı işə salıblar, məşhur filmdə deyildiyi kimi, “biri deyir, oxu, o birisi deyir, oxuma”. Qərb Ulan-Batordan Monqolustana səfər edən Rusiya prezidenti Vladimir Putinin həbsini tələb edir, Moskva isə “prezidentimi həbs etsən, başın bəlaya girəcək” deyə hədələyir. Monqolustan Roma statutuna qoşulanda Putinin bu ölkəyə səfəri mövzusu müzakirə predmeti deyildi. Bəlkə də Ulan-Bator Putini Monqolustana Roma statutuna qoşulmadan əvvəl dəvət edib. Monqolustan Çingizxanın dövründəki imperiya deyil ki, Rusiya prezidentinin əllərini qandallayıb Beynəlxalq Məhkəməyə təhvil versin. BRİCS-in zirvə toplantısı Cənubi Afrika Respublikasında keçiriləndə bu ölkənin dövlət başçısı Putin zəng edərək, ona açıq dedi ki, tədbirə gəlməməyiniz məsləhətdir, onlayn qoşulun. Çünki Cənubi Afrika Respublikası da Roma statutuna qoşulub. Putin ora getmədi. Monqolustan Cənubi Afrika Respublikası deyil, Rusiya və Çin arasında sıxılıb qalmış ölkədir. Monqolustanı pis vəziyyətə salan Putindir. O bu ölkəyə səfərə getməyə də bilərdi. Bu ölkə ilə iqtisadi mövzuları Rusiyanın baş naziri Mişustin müzakirə edə bilərdi. Putin Monqolustana getməklə beynəlxalq aləmə mesaj göndərib ki, Roma statutunu saymır və onu imzalayan ölkə Rusiya prezidentini həbsinə risq etməz.
Elxan Şahinoğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.