ABŞ-da seçki dürüstlüyü ilə bağlı narahatlıqlar prezident səsverməsindən öncə gərginliyi artırır

4-09-2024, 15:04           
ABŞ-da seçki dürüstlüyü ilə bağlı narahatlıqlar prezident səsverməsindən öncə gərginliyi artırır
ABŞ-ın iki aparıcı partiyası noyabr seçkiləri öncəsi seçkinin dürüstlüyü ilə bağlı narahatlıqlarını ifadə edirlər. Bura qeydiyyat prosesi, səsvermənin keçirilməsi, səslərin sayılması, nəticələrin təsdiqi və ortaya çıxan problemlərin adekvat həlli daxildir.

Demokratlar Respublikçıları səsvermə məntəqələrinə çıxışın məhdudlaşdırılmasında və nəticələrin təsdiqi prosesinə maneələr yaratmaq yolları axtarmaqda ittiham edir. Respublikaçılar isə öz növbəsində Demokratları poçt vasitəsilə səsvermənin saxtalaşadırılması, səsləri sayan maşınların manipulyasiyası və qeyri-vətəndaşların seçicilər siyahısına salınmasında ittiham edir.

Respublikaçı namizəd, sabiq prezident Donald Tramp 2020-ci ildə məğlubiyyəti ilə yekunlaşan seçki nəticələrini öz xeyrinə dəyişmək cəhdinə görə cinayət ittihamı ilə üzləşir.

Donald Tramp, Respublikaçı prezidentliyə namizəd: “Mən düşündüm ki, seçkilər saxtalaşdırılıb, seçkilər oğurlanıb...”

Demokratlar Partiyasının namizədi, vitse-prezident Kamala Harris Trampı seçkiyə inamın sual altına almaqda ittiham edir. Harris fundamental Amerika prinsiplərinə sadiq qalacağını vəd edir.

Kamala Harris, Demokrat prezidentliyə namizəd: “Qanunun aliliyindən azad və ədalətli seçkilərə qədər. Hakimiyyətin dinc yolla ötürülməsi.”

6 yanvar 2021-ci ildə Tramp dəstəkçilərinin məğlubiyyətdən məyus olaraq, ABŞ Kapitolisinə hücum çəkməsindən sonra federal agentliklər bənzər vəziyyətdə hazırlılıqlı olmaqla bağlı çoxlu müzakirələr keçiriblər.

Belə hazırlıqlar seçki dürüstlüyünü möhkəmlədibmi?

Bu, 104 illik Qadın Seçiciləri Liqası kimi təşkilatların ümididir. Təşkilatın rəhbəri Selina Styuart.

Selina Styuart, Qadın Seçiciləri Liqası: “Gözləməli və görməli olduğumuz məsələdir. Nə baş verəcəyini, seçkilərin nəticələrini, insanların buna necə reaksiya verəcəyini, etirazların zorakı hala keçib-keçməyəcəyini görməliyik. Ümid edirəm ki, keçməz.”

Seçkilərə Yardım Komissiyasının sədri Ben Hovland deyir ki, bu seçki dövründə hələlik sistem özünü yaxşı göstərib.

Ben Hovland, ABŞ Seçkilərə Yardım Komissiyası: “Bu ana qədər çoxlu ilkin seçkilər keçirildi. Həm prezident seçkilərinin, həm də ştat seçkilərinin praymerizləri. Seçki rəsmilərinin bu il üçün artıq kifayət qədər təcrübəsi var. Düşünürəm ki, noyabr seçkilərinə yaxşı vəziyyətdə gedirik.”

İllinoy ştatının Çampeyn bölgəsində yerli Respublikaçılar Partiyası 2020-ci ildə səslərin sayılmasına məsul olan Aron Ammonsun poçtla gələn bülletenlərin sayılmasını dayandırmaq üçün hakimə müraciət etdilər.

Aron Ammons, Çampeyn bölgəsi katibi: “Hakim həmin iddianı rədd etdi və mən bülletenləri saymağa davam edə bildim. Amma onlar cəhd etdi. Ölkənin digər yerlərində cəhd etdikləri kimi.”

Ammonsun dediyinə görə, hədələr, təhdidlər və cinayət işləri ölkə miqyasında xeyli sayda seçki rəsmiləri və könüllüləri seçki prosesindən çəkilməyə sövq edib.

Aron Ammons, Çampeyn bölgəsi katibi: “Bu, bu işi görənlər üçün pis bir şeydir. Əgər biz demokratiyanın ön cəbhəsində olduğumuz üçün dəstək ala bilmiriksə, bu, məyusedicidir.”

Missuri ştatının Sent Luis ərazisində seçkilərə məsul olan Erik Freyin fikrincə, namizədləri, partiya rəsmilərini, ictimaiyyəti prosesin necə icra edildiyini izləməyə dəvət etmək vacibdir.

Erik Frey, Sent Luis bölgəsi seçki rəsmisi: “Poçtla göndərilən bülletenlərin açılması, səslərin toplanılması, səsvermə cihazlarının yoxlanılması, əllə hesablama, seçkidən sonra audit – bütün bunlar ictimai şəkildə müşahidə edilə bilən şeylərdir.”

Senat Respublikaçılarının rəhbərliyi səsvermə zamanı insanların vətəndaşlığı sübut edən sənəd təqdim etmələrini tələb edən qanun qəbul etmək istəyirlər. Kapitolidəki Demokratların çoxu isə deyir ki, hazırkı qanun qeyri-vətəndaşların seçkilərdə səsverməsini qanunsuz edir və bununla bərabər, qeyri-qanuni miqranlarınin seçkiyə hansısa formada təsiri olacaq səviyyədə səsverməsi ilə bağlı iddialar əsassızdır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.