Rusiyanın nüvə hədəsi: Doktrina dəyişəcəkmi?

4-09-2024, 10:48           
Rusiyanın nüvə hədəsi: Doktrina dəyişəcəkmi?
Rusiya həm öz ölkəsində, həm də Qərbdə baş verən son hadisələrdən sonra nüvə doktrinasını dəyişməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bunu "The Tayms" nəşri yazıb.

Britaniya qəzetinin yazdığına görə, doktrinada qeyd olunub ki, adi silahlara malik xarici ordu tərəfindən və ya nüvə hücumu nəticəsində Rusiya Federasiyasının müstəqil dövlət kimi mövcudluğuna təhlükə yaranarsa, nüvə arsenalından istifadə edilə bilər.

Bildirilir ki, Rusiyanın nüfuzlu adamları arasında doktrinanı dəyişmək istəyi Ukraynanın Kursk bölgəsində körpüləri dağıtmaq üçün HIMARS raketlərindən istifadə etdiyini elan etdikdən və Britaniyanın “Challenger 2” tanklarının gəlişindən sonra yaranıb:

“Hazırda Rusiya Federasiyasının nüvə arsenalından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət yoxdur ki, lakin bu, Moskvadakı rəsmilərin qərbli həmkarlarına nüvə müharibəsi barədə daim xəbərdarlıq etməsinə mane olmur”,-deyə nəşr qeyd edib.

Vurğulanır ki, bu cür çıxışlar yalnız NATO-nu Ukraynanı dəstəkləməkdən çəkindirmək məqsədi daşıyır. Avropa ölkələri və NATO bu cür xəbərdarlıqları ciddi təhlükə hesab etmir. Lakin Vaşinqton vəziyyəti gərginləşdirməmək üçün ehtiyatlı davranır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru