DGK-nın cavabı ağlabatandırmı ? - Əlbəttə, xeyr.

6-09-2024, 11:24           
DGK-nın cavabı ağlabatandırmı ? - Əlbəttə, xeyr.
DGK deyir ki, gömrük dəyəri olan istənilən bir mal üçün, onun beynəlxalq mükafat, yaxud hədiyyə olmasından asılı olmayaraq mövcud qanunvericiliyə görə gömrük rüsumu ödənilməlidir.
Bizim də dediyimiz məhz həmin “mövcud qanunvericiliyin” təkmilləşdirilməsi ilə bağlıdır.
Axı hansısa bir nüfuzlu beynəlxalq yarışmada, təhsil, səhiyyə, mədəniyyət, idman və elm sahəsində, rəqəmsal sahədə keçirilən nüfuzlu tədbirlərdə təqdim edilən bir mükafatın, hədiyyənin “mal” kimi dəyərindən əlavə özlkəmiz üçün, onu qazanan üçün, bu sahələrin inkişafı üçün əlavə dəyərləri də var.
Mükafatı qazanan onu “mal” olaraq almır axı, intellekti ilə, bacarığı ilə, onu yetişdirən və təmsil edən ölkəsi adından qazanır axı.
Bu sahənin inkişafı üçün, onu qazananların daha da həvəsləndirilməsi və stimullaşdırılması üçün mükafata yalnız “mal” kimi yanaşmaq nə dərəcədə doğrudur?
DGK –nın açıqlamasında təəssüf ki, bu haqda bir kəlmə də yoxdur.
Amma ağlabatan açıqlama necə ola bilərdi ?
İSLAHAT aparıldığı bildirilən, SÜNİ İNTELLEKT və innovasiya tətbiq ediliyi bildirilən DGK-nın cavabı təxminən belə ola bilərdi :
1. Həqiqətən də qeyd olunan problemlər var, bununla bağlı son illərdə çoxsaylı narazılıqlar və müraciətlər quruma daxil olub
2. Lakin DGK-nın bu istiqamətdə araşdırmaları olub, beynəlxalq təcrübə öyrənilib, qurumun peşəkar komandası mükafatı hədiyyədən, hədiyyəni digər mallardan ayıran həllər və mexanizmlər hazırlayıblar. Testdən keçiriblər. Bunun maraqlı tərəflərlə birgə müzakirəsini planlayırıq
3. Bununla bağlı, ümumiyyətlə mükafatların və hədiyyələrin gömrük tənzimlənməsinin sadələşdirilməsilə bağlı təkliflərimiz hökumətə təqdim ediləcək
Vəssalam. Bu olardı məntiqli və ağlabatan bir cavab.
Bəlkə də DGK -nın ictimai əlaqələr rəsmisi Natiq müəllim təxminən bu formada bir qaralama yazıb, lakin sonradan açıqlanan başqa mətn olub 🙂
P.S. İstədim ki, Apple şirkətini, Beynəlxalq Gömrük qurumunu da tag edim, sonra fikrimdən vaz keçdim, düşündüm ki bəkə DGK bu istiqamətdə pozitiv nəsə edər.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.