COP29 ancaq dövlət qurumlarına və beynəlxalq qurumlaramı aiddir ?
6-09-2024, 11:24
Baxıram ki, ötən gün İRİA və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə “Kağızsız Hökumət: Rəqəmsallaşma və innovasiyanın ətraf mühitə təsiri” adlı beynəlxalq tədbir keçirilib.
Tədbirin də “29 İqlim söhbəti: COP29-a gedən yol” silsilə tədbirlər proqramı çərçivəsində baş tutduğu bildirilib.
Diqqətçəkən məqam odur ki, tədbirdə maraqlı tərəflərin iştirakı təmin edilməyib.
Ancaq dövlət qurumları və beynəlxalq qurumlar iştirak edib. Mövzular birbaşa vətəndaş iştirakı ilə bağlı olsa da qəribədir ki, nəinki vətəndaş cəmiyyəti və müstəıqil ekspertlər, heç biznes sektoru gözə dəymirdi.
Çıxış edənlər də ancaq dövlət rəsmiləri olub.
Nəsə, çox maraqlı gəldi mənə ki, bu cür ictimai əhəmiyyətli bir tədbir nə üçün qapalı keçirilə bilərdi.
Dairəni xeyli daraldıblar 🙂
BMT-nin bu tədbirdə iştirak edən qurumu və onun nümayəndəsi isə rəqəmsal hökumətin inkişafı ilə bağlı dünya ölkələrindəki vəziyyətlə bağlı hər il BMT-nin dərc etdiyi hesabatların hazrlanmasına cavabdehdir.
Bəlkə də qapalı etmək buradan qaynaqlanıb 🙂
Çünki Hesabatın dərc edilməsinə sayılı günlər qalıb. Adətən sentyabrda dərc olunur bu hesabat.
Yeri gəlmişkən, qeyd etmək istərdim ki son aylarda ölkədə rəqəmsal hökumət quruculuğu və xidmətlərin səmərəliliyinin artırılması istiqamətində bir neçə uğurlu addmlar atılıb.
Bir sıra sənədlərin rəqəmsal variantlarının hazırlanması, təhsil sektorunda kütləvi xidmətlərin tam rəqəmsallaşması, bütün ölkə üzrə keyfiyyətli internet infrastrukturun qurulması və kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində müəyyən uğurlar əldə edilib.
BMT isə son iki il üçün olan qiymətləndirməni xeyli öncədən başa çatdırıb. Görəsən son zamanlar bizdə bu istiqamətdə olan müsbət dəyişikliklər həmin hesabatda öz əksini tapacaqmı ?
Bunu da yəqin toplantıda iştirak edən dövlət qurumların nümayəndələri bilər.
Xöşbəxtlikdən, regionlarda internet tariflərinə seçim imkanı verilməməsi səbəbindən yaranan yeni mühit, “internet böhranı” ilə bağlı durum da yeni olduğundan güman ki, BMT-nin indiki hesabatında öz əksini tapmayacaq.
Əks halda buna görə ölkəmizin mövqeyi mənfiyə doğru xeyli dəyişəcəkdi.
Gözləyək BMT-nin “rəqəmsal hökumət” hesabatını.
Maraqlıdır ki, bu hesabat dövrü tam olaraq eGov səlahiyyətlərinin ASAN-dan alınaraq RİNN-ə verildiyi dövrdür. Yəni, BMT qiyməti RİNN-ə, daha doğrusu İRİA-ya verəcək.
Xatırladıram ki, ASAN dövründə bu sahədə vəziyyət pisləşmişdi. BMT -nin "Elektron hökumətin İnkişafı İndeksi"nə görə sonuncu, 2022-ci ilə dərc olunan reytinqində Azərbaycan 13 pillə geriləyərək 193 ölkə arasında 83- cü pillədə yer almışdı.
BMT-nin gözlənilən Hesabatında qərəzli yanaşma olmasa bir neçə pillə irəliləməni gözləmək olar.
Osman Gunduz
TEREF