DİQQƏT!!! “ƏDV Geri al” ilə bağlı yeni fırıldaqçılıq – FOTO

11-09-2024, 15:46           
DİQQƏT!!! “ƏDV Geri al” ilə bağlı yeni fırıldaqçılıq – FOTO
Sosial şəbəkələrdə “ƏDV Geri al” ilə bağlı yeni fırıldaqçılıq növü ortaya çıxıb.

“Ölkə.Az”ın məlumatına görə, reklam paylaşımında son bir ildə toplanmış ƏDV-lərin karta köçürülməsi təklif olunur.

Bununla da, linkə daxil olan şəxsdən vəsiqə və kart məlumatları tələb olunur.

İqtisadçı ekspert Samir Əliyev də bununla bağlı paylaşım edib: “Facebook”da belə bir reklam qarşıma çıxdı və yoxlamağa qərara gəldim. Çünki bildim ki, fırıldaqçılardır. Mövzu diqqətçəkən olduğundan fikirləşdim xeyli adam tora düşə bilər. Reklam mətnində EDVGERİAL.AZ portalına giriş olduğu qeyd edilir, lakin linkə daxil olanda https://edv-kocur.com-a yönləndirilir. Sizdən FİN kodun yazıması istənilir. FİN kodu yazdıqdan sonra yeni səhifə açılır və kart məlumatlarının yazılması istənilir. Göründüyü kimi, CVC rəqəmi istənilir. Hətta utanmazcasına kartın balansının yazılması təklif edilir”.




“Əminəm ki, bu reklam çoxlarının qarşısına çıxıb. Sadəcə xəbərdarlıq edirəm ki, dostlarımız diqqətli olsunlar, kart məlumatlarını heç yerə yazmasınlar. Bu reklam qarşılarına çıxsa sadəcə report etsinlər. Dövlət Vergi Xidməti isə yaxşı olardı sosial şəbəkələrdə paralel olaraq belə reklamların da monitorinqini aparsın və operativ olaraq əhalini məlumtlandırsın”, -deyə ekspert əlavə edib.

Hesabı boş olan kart vasitəsilə prosesi yoxlayan sosial şəbəkə üzvlərindən biri isə aldığı cavabı paylaşıb:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.