Ekspertdən Əməliyyat Şirkətinə suallar: Bilet satışından əməliyyat şirkətinə nə qədər vəsait daxil olub?

15-09-2024, 11:34           
Ekspertdən Əməliyyat Şirkətinə suallar: Bilet satışından əməliyyat şirkətinə nə qədər vəsait daxil olub?
Rəsmi məlumat yayıblar ki, Formula-1 yarışlarına bütün biletlər satılıb, xub, əla, çox pakizə. Amma, əməliyyat şirkətinə suallarım var, büdcə hesabına keçirilən yarışdı, aydın cavab verməyə borcludurlar, çünki, bu nə dövlət, nə də kommersiya sirri deyil:
1) Bilet satışından əməliyyat şirkətinə nə qədər vəsait daxil olub?
2) Biletlərin neçə faizini əcnəbilər alıb?
3) SOCAR və digər yerli dövlət və özəl şirkətlərə nə qədər bilet satılıb?
4) Nazirlik və Komitələrin boynuna neçə bilet alma öhdəliyi qoyublar?
5) Biletlərdən daxil olan vəsait hara xərclənir-köçürülür?
6) Yarışların təşkili ilə məşğul olan əməliyyat şirkətinin rəhbərlikdə təmsil olunan şəxslərin maaş və bonusları nə qədərdir?
Azərbaycan unikal ölkədir, yarışlara büdcədən pul ayrılır, sonra biletlərin bir hissəsi büdcə öhdəliyi olan dövlət şirkətlərinə, bir başa büdcədən qidalanan nazirlik və komitələrə yenə elə büdcə vəsaiti hesabına satılır, adını da qoyurlar ki, biz turizmi inkişaf etdiririk. Saatlarla tıxaclarda, yollarda qalan vətəndaş kimi yazdığım sualların cavabını bilmək haqqım var.
Bir baba-igid varmı çıxıb cavab versin?!
Natig Jafarli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.