Rusiya XİN Beynəlxalq və Milli Təhlükəsizlik Departamenti həyacan təbili çalır: Kiyev Qərb raketləri ilə Miskva, Sankt- Peterburq və sairə vilayətlərimizi vura bilər.."
16-09-2024, 17:24
Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq və Milli Təhlükəsizlik Departamenti Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbələrin sərbəst buraxılması ilə əlaqədar həyəcan təbili çalışıb. xəbərdarlıq edib. “Storm Shadow-un daha uzun mənzilli İngiltərə-Fransa raketi olduğu heç kimə sirr deyil. Onun uçuş məsafəsi 600 kilometrdir, Moskva, Ryazan, Rostov və s. vilayətlərə asanlıqla çata bilir”, - Departamentin yaydığı bəyanatda deyilir. Qurumun yaydığı xəritədən aydın olur ki, AGM-158 JASSM-ER raketlərin vuruş radiusu daha genişdir və Soçidən Sankt-Peterburqa, Nijni-Növqoroda qədər, demək olar ki, Rusiyanın qərb hissəsini tamamilə əhatə edir. “Biz bunu ümumiyyətlə hərbi baxımdan necə qəbul edəcəyik, hava hücumundan müdafiə sistemlərimiz bu raketləri tutmağa qadirdirmi”, - deyə bəyanatda soruşulur. Qeyd edək ki, Beynəlxalq və Milli Təhlükəsizlik Departamenti 2017-ci ilin sentyabrında Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının Elmi Şurasının qərarı ilə yaradılan rəsmi qurumdur.