İki ildir ki, hökumət kimin kritik olmasını müəyyən edə bilmir

21-09-2024, 10:14           
İki ildir ki, hökumət kimin kritik olmasını müəyyən edə bilmir
Belə görünür ki, bu il də kimin kritik olması bilinməyəcək. İl başa çatmaq üzrədir, dövlət qurumlarının gələn il üçün büdcələri təsdiqlənib.
Lakin bu büdcənin bəndləri içərisində “kritik infrastrukturla bağlı” xərclər bu dəfə də nəzərdə tutulmadı.
Xatırladıram ki, kritik informasiya infrastrukturun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı 3 il öncə Prezident fərman imzalayıb.
Qanunvericilikdə bununla bağlı müddəalar nəzərdə tutulub . Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları da təsdiqlənib. Qaydalarda xeyli tədbirlər nəzərdə tutulub.
Uzun müddətdir ki, DTX və XRİTDX kritik informasiya infrastrukturuna daxil olan qurumların siyahısını hökumətə təqdim edəcəyi müddət başa çatıb. Lakin az qala iki il keçib, amma siyahı indiyədək təsdiqlənməyib .
Sanki hamı gözləyir ki, strateji qurumlardan birinə nəsə bir kiber hücum olacaq, datalar oğurlanacaq, böyük skandal olacaq və bundan sonra kritik qurumlar müəyyən etmək yada düşəcək.
Düşünmək olar ki, bəzi kritik hesab oluna biləcək qurumlar, dövlət, yaxud özəl olmasından asılı olmayaraq, kritik sektorda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik məsələləri ilə bağlı səlahiyyətli qurumlar olan DTX və XRİTDX-in perimetrinə daxil olmaq istəmirlər.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.