Şəhid ailəsi üzvü kimlər hesab olunur, Şəhid ailələrinin əmək münasibətlərində - HANSI HÜQUQ, GÜZƏŞT və TƏMİNATLARI VARDIR?

21-09-2024, 10:54           
Şəhid ailəsi üzvü kimlər hesab olunur, Şəhid ailələrinin əmək münasibətlərində - HANSI HÜQUQ, GÜZƏŞT və TƏMİNATLARI VARDIR?
SOCAR AQŞ rəhbəri Samir Mollayev üçün marifləndirmə
Bu barədə də şəhid ailə üzvləri tərəfindən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinə mütamadi olaraq şikayətlər daxil olur.
İlk öncə onu bildirim ki, Vətən uğrunda şəhid olmiş, canından keçmiş Şəhid ailəsi üzvünə hörmət etmək, yolunu gətirmək VİCDAN VƏ ƏDALƏT HİSSİDİR, sözdə yox, əməldə.
Şəhid -Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşmiş qaydada vəfat edən şəxsdir.
Qüvvədə olan AR-nın qanunvericiliyə əsasən aşağıdakı şəxslər şəhid ailəsi üzvləri hesab edilir:
Ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.
Şəhidin statusi haqqında AR-sı Qanunua əsasən, Şəhid ailəsinin: işçilərin sayı və ya ştatı ixtisar edilərkən işdə saxlanmaqda onlara üstünlük verilir, müəssisənin, idarənin, təşkilatın fəaliyyəti dayandırıldıqda isə onlar digər işlə təmin olunur.
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən: İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:
ŞƏHİD AİLƏSİNİN ÜZVLƏRİNƏ; MÜHARİBƏ iştirakçılarına: əsgər və zabitlərin arvadına (ərinə).
Şəhidin statusu haqqında AR-sı Qanunun pozulmasına görə vətəndaşlar və vəzifəli ŞƏXSLƏR AZƏRBAYCAN RESPUBLİKASININ qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, əmək qanunvericiliyinin, o cümlədən də şəhid ailəsinin əmək və digər hüquqlarının pozulmasına görə pozulmasına görə vətəndaşlar, digər VƏZİFƏLİ ŞƏXSLƏR Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada MƏSULİYYƏT daşıyırlar.
Azər Quliyev.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.