Əli Əhmədov Milli Məclis sədrinin müavini postuna namizəd olub

23-09-2024, 11:22           
Əli Əhmədov Milli Məclis sədrinin müavini postuna namizəd olub
Yeni Azərbaycan Partiyası sədr müavini postuna Əli Əhmədovun namizədliyini irəli sürüb

Bu gün yeddinci çağırış Milli Məclisin ilk iclası keçiriləcək. AYNA xəbər verir ki, iclasda parlamentin sədri və onun müavinləri seçiləcək.

Hakim Yeni Azərbaycan Partiyası sədr müavini postuna Əli Əhmədovun namizədliyini irəli sürüb.

Qeyd edək ki, YAP Milli Məclisin sədri postuna Sahibə Qafarovun namizədliyini irəli sürüb.

Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru