Üçüncü Qarabağ müharibəsini kimlər və niyə arzulayırlar?

24-09-2024, 08:28           
Üçüncü Qarabağ müharibəsini kimlər və niyə arzulayırlar?
"Ermənistan sülhdən danışa-danışa müharibəyə hazırlaşır. Bu tezis son günlər daha çox səslənməyə başlayıb. Sadə jurnalistlər, siyasətçilər və yetəri qədər məlumatlı şəxslər bu fikri müxtəlif şəkildə dilə gətirməyə, yazmağa başlayıblar".

Bunu Baku TV-nin departament rəhbəri Turan İbrahimov bildirib.

O qeyd edib ki, Ermənistanın bu fikrə düşməsinin səbəbkarları var:

"Başda regionla bağlı qaranlıq planları olan dövlətlər - Fransanı, ABŞ-ni, İranı və hətta Rusiyanın daxilindəki müəyyən qüvvələri misal göstərmək olar. Azərbaycanın Ordusunun gücü, iqtisadi, geosiyasi gücü və yaranmış reallıqlar Ermənistanı bu cür intihara cəhd etməyə vadar edir. Əslində, məsələ bir qədər də fərqli izah oluna bilər. Ermənistan hazırda Azərbaycanla revanşizm motivləri ilə müharibə aparmaq iqtidarında deyil. Nə qədər silahlandırılsa da, nə qədər dəstəklənsə də, hətta onun yerinə başqaları döyüşsə belə, hazırkı üstünlükləri absurd görünür".

T. İbrahimov həmçinin bildirib ki, Ermənistanı hansısa formada gücləndirən və bu ölkəni sülhdən danışa-danışa sülhdən qaçan vəziyyətə gətirib çıxaran qüvvələrin fərqli məqsədləri var:

"Onlar Cənubi Qafqazın hazırkı birmənalı güc balansını pozmaq, Ermənistanı gücləndirməklə bu ölkə vasitəsilə Azərbaycanı regionun lideri və söz sahibi statusundan aşağı salmaq və Azərbaycanı bu və başqa şəkildə öz aləmlərində idarə etməyə çalışırlar. Buradan belə nəticə çıxarmaq olar ki, Ermənistan müharibəyə, daha dəqiq desək, sanki intihara hazırlaşır".

Ətraflı Baku TV-nin süjetində:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.