Deputatlar sabah toplaşır: Onlara yüksək vəzifə veriləcək

1-11-2024, 07:24           
Deputatlar sabah toplaşır: Onlara yüksək vəzifə veriləcək
Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin ediləcək.

Modern.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının gündəliyinə daxil edilib.

Komitənin sabahkı iclasında “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi haqqında” məsələ müzakirə ediləcək.

Qeyd edək ki, İdarə Heyəti Mərkəzi Bankın kollegial ali idarəetmə orqanıdır. Mərkəzi Bankın İdarə Heyətinin tərkibi Mərkəzi Bankın sədri, Mərkəzi Bankda daimi əsaslarla işləyən altı üzv və iki kənar üzv daxil olmaqla doqquz üzvdən ibarətdir.

Konstitusiyaya görə, Azərbaycan Prezidenti İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini təyin edir.

Hazırda İdarə Heyətinə Mərkəzi Bankın sədri Taleh Kazımov, onun birinci müavini Rəşad Orucov və müavini Əliyar Məmmədyarov daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru