2024-cü ildə Azərbaycanda bələdiyyə seçkiləri keçirilməyəcək - RƏSMİ

1-11-2024, 12:22           
2024-cü ildə Azərbaycanda bələdiyyə seçkiləri keçirilməyəcək - RƏSMİ
Azərbaycanda 2024-cü ildə bələdiyyə seçkiləri keçirilməyəcək.

“Report”a Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, bu günə qurumun iclası təyin edilməyib.

Seçki məcəlləsinin 213-cü maddəsinə uyğun olaraq digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərini MSK təyin edir:

“Maddə 213. Bələdiyyə seçkilərinin təyin edilməsi

213.1. Bələdiyyə seçkilərini bu Məcəllənin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir”.

Bundan əvvəlki bələdiyyə seçkiləri dekabrın 23-də keçirilib.

Seçki məcəlləsinin 8-ci maddəsinə uyğun olaraq Azərbaycanda seçkilər səsvermə gününə ən azı 60 gün qalmış rəsmi dərc edilir:

“Maddə 8. Seçkilərin (referendumun) təyin edilməsi müddəti

8.1. Seçkilərin (referendumun) təyin edilməsi haqqında qərar (sərəncam) səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilir”.

2024-cü ilin sonuna qalan təqvim günlərini hesabladıqda bundan sonra elan ediləcək seçki 2025-ci ilə təsadüf edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru