Erməni diasporu məşhur rəssamı necə tora salıb şərləmək istəyib və ya Azərbaycan aşıqı olan Nikos Safronov
27-09-2016, 11:34

teref.az yazır ki,müasir dövrün ən zəngin rəssamlarından biri olan Nıkas Safronovun şöhrəti, erməniləri daima narahat edirdi. 2012-ci ildə, onlar yüngül əxlaqlı bir erməni qadını vasitəsi ilə rəssamı ləkələməyə cəhd etdilər. Rostov-Don sakini "müğənni" Meri Voskanyan yerli televiziyanın şou proqramlarının birində, rəssamın ona təcavuz etdiyi barədə məlumat yaydı. Guya ki, avtoqraf almaq məqsədi ilə rəssama yaxınlaşdıqda, Nikas ona portretini çəkmək təklifi ilə müraciət edib. Təklifi qəbul edən Meri omunla otelə yollanıb və orada rəssam şəkil çəkmək əvəzinə, onu zorlayıb. Sübut kimi birgə çəkilmiş şəkillərini göstərid. Yalandan hiddətlənən Nikas ermeni qadınını məhkəməyə verdi və yalan söylədiyini etiraf etmədiyi təqdirdə, Meridən 10 milyon rubl isk tələb etdi. Məsələnın ciddiliyini dərk edən erməni icması, geriyə addım atmağa məcbur oldu. Meri Voskanyan onu bağışlamağı və özünü reklam etmək istədiyini elan etdi. Gündəlik həyatda rəssamla şəkil çəkdiren yüzlərlə insandan biri olan Meri Vaskanyanın bu fotosunu görən Nikas, özünü gülməkden zorla saxlayayaraq: "Bu şəkide və həcmdə olan qadını zorlamaq, mənim kimi rəssam olmaqdan çətindir!"- deyib.

2010 ildə Rusiyanın bu məhşur rəssamı yazırdı: "Mən Bakını, Azərbaycanı çox sevirəm. Bəzən mənə elə gəlir ki, əvvəlki həyatımda burada doğulub böyümüşəm. 1997 ilə qədər Azərbaycanla tanış deyildim. Dünyanın bir çox ölkəsində işləmişdim, amma bu gözəl ölkənı tanımırdım. Bu ölkəyə gəlişimlə, ona dəlicəsinə vuruldum". 2003 ilin iyun ayında Mockvada nəşr olunan "Литературный газетa" rəssamın Naxçıvan təbiətinə valeh olduğunu bir daha bütün incəlikləri ilə təsvır etdikdə, cavab olaraq erməni diasporonun mətbuat orqanı olan "Ноев ковчeг" qezetinde "Nikas Safronov erməni təbiətinə heyran oldu" adlı məqalədə rəssamın Naxçıvan dağları haqqındakı gözəl ifadələrinə bu sözlər əlavə edilib: "Naxçıvan qədim erməni torpağıdır. Bibliyaya görə Nuhun Araratdan gəlib məskunlaşdığı ərazidr. 1921 ildə Azərbaycana verilib. Məhşur rəssamın söylədikləri, bir çox tanınmışların Ermənistanın füsünkar təbiəti haqqındq söylədiklərinə daha bir sübutdur".
teref.az