Ballistik raketlərin texnologiyasının Azərbaycana gətirilməsi istiqamətində danışıqlar gedir - Nazir

27-09-2016, 14:01           
Ballistik raketlərin texnologiyasının Azərbaycana gətirilməsi istiqamətində danışıqlar gedir - Nazir
280 km məsafəyə uça bilən ballistik raketlərin texnologiyasının Azərbaycana gətirilməsi istiqamətində danışıqlar gedir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov Bakı Ekspo Mərkəzində müasir silah və texnikanın, eləcə də milli müdafiə sahəsində güc və qüdrətin möhtəşəm nümayişi - “ADEX 2016” 2-ci Azərbaycan Beynəlxalq Müdafiə sərgisinin açılış mərasimində deyib.

O bildirib ki, Azərbaycanın üzərində təcrübə-konstruktor işi apardığı 125 hərbi məmulatla bağlı prioritet layihələr "Hava-yer", "Hava-hava", "Yer-yer" raketlər ilə bağlıdır: “Hazırda bu istiqamətdə dünyanın bir neçə aparıcı şirkətləri ilə danışıqlar gedir”.

Y.Camalov əlavə edib ki, hazırda Müdafiə Nazirliyi ilə danışıqlar gedir: "Yüzlərlə pilotsuz uçuş aparatları sifariş verilib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru