Bəşər Əsədin sonu: Yeni reallıq və qlobal təsirlər

15-12-2024, 11:18           
Bəşər Əsədin sonu: Yeni reallıq və qlobal təsirlər
Baku TV-nin "Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında Suriyadakı dəyişikliklərdən bəhs olunub.

Bildirilib ki, 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsi nəhayət ötən həftə məntiqi sonluğuna çatıb. Suriyanın siyasi tarixində dərin iz buraxmış Əsəd ailəsinin 53, "Bəəs" partiyasının isə 61 illik hakimiyyətinə son qoyulub. 24 il əvvəl atası Hafiz Əsədin ölümündən sonra hakimiyyətə gəlmiş Bəşər Əsəd artıq prezident deyil. Onun ailəsi ilə birlikdə Rusiyadan siyasi sığınacaq aldığı bildirilir.

Əlavə olunub ki, ölkəyə rəhbərlik üsyançı qüvvələrin nəzarətinə keçib. Bəşər Əsədin yaxın çevrəsi, o cümlədən Baş nazir Məhəmməd Qazi əl-Cəlali üsyançılarla əməkdaşlıq etməyə və hakimiyyəti dinc yolla xalqın seçəcəyi yeni liderə təhvil verməyə hazır olduqlarını bəyan edib. Bu, Suriyanın daxili siyasətində və beynəlxalq münasibətlərində yeni mərhələnin başlanğıcıdır.

Eyni zamanda Suriyanın Xarici İşlər Nazirliyi müxalif Suriya Milli Ordusunun paytaxt Dəməşqi ələ keçirməsini ölkənin tarixində yeni səhifənin açılması kimi qiymətləndirib. Suriyanın gələcəyinə dair böyük suallar isə hələ də cavabsızdır.

Yeni lider kim olacaq? Ölkədə sabitlik necə bərpa ediləcək? Bu dəyişikliklər regiondakı geosiyasi vəziyyətə necə təsir edəcək?

Baku TV-də yayımlanan "Global Panorama" verilişində bu və digər suallara aydınlıq gətiriləcək.

Ətraflı videoda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru