Azərbaycanda ov mövsümünün açılmasının yubanma səbəbi açıqlanıb

16-12-2024, 11:24           
Azərbaycanda ov mövsümünün açılmasının yubanma səbəbi açıqlanıb
Bildirilib ki, hazırda mütəxəssislər yerlərdə sayğı prosesini davam etdirir, müxtəlif biotoplarda quş koloniyaları, sayğı zamanı rast gəlinən növlərin sayı ilə bağlı təhlillər aparır.
Azərbaycanda hazırda mütəxəssislər vəhşi heyvan və quş növlərinin monitorinqini, xüsusilə də ovçuluq təsərrüfatında sayğı prosesini aparır.
Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva deyib.
Qurum nümayəndəsi qeyd edib ki, ötənilki sayğı zamanı iqlim dəyişmələri ilə bağlı, xüsusilə köçəri quşların sayında azalma müşahidə edilib:
"Buna əsas səbəb dünyada baş verən iqlim dəyişmələri, su- bataqlıq ərazilərin quruması, quşların miqrasiya marşrutlarının dəyişməsidir".

Onun sözlərinə görə, hazırda mütəxəssislər yerlərdə sayğı prosesini davam etdirir, müxtəlif biotoplarda quş koloniyaları, sayğı zamanı rast gəlinən növlərin sayı ilə bağlı təhlillər aparır.
"Bütün bu işlər yekunlaşdıqdan sonra alim və mütəxəssislərin rəyinə əsasən "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçiriləcək, ardınca ov mövsümünün açılıb-açılmaması ilə bağlı yekun qərar qəbul ediləcək", - A.Babayeva vurğulayıb.

Xatırladaq ki, ötən il Azərbaycanda ov mövsümü sentyabrda açılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru