TƏBİB-dən “cek pot” kimi müsabiqələr - 26 milyon udublar
Bu gün, 00:14
TƏBİB-in balansında olan İnnovasiya və Təhcizat Mərkəzi iki gün ərzində 3 tenderinin nəticəsini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, üç tenderin toplam dəyəri isə 26 milyon manat təşkil edir.
Qeyd edək ki, həmin tenderlərdən biri “Fizioterapiya üçün tələb olunan spesifik cihaz və avadanlıqlar”ın satın alınmasını əhatə edir. Bu məqsədlə Mərkəz “MEDSOL” MMC ilə müqavilə bağlayıb. Müqavilənin dəyəri isə 21 milyon manatdır.
İkinci tender isə TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş kəsintisiz güc qaynaqlarının (UPS) satın alınmasıdır. Bununla əlaqədar “ESTET” MMC ilə
297.950 manatlıq razılaşma əldə edilib.
Üçüncü tender də ucuz müsabiqələrdən sayılmır. Əksinə milyonluq bir layihəni əhatə edir. Tribunainfo.az xəbər verir ki, İnnovasiya və Təhcizat Mərkəzi “Respublika Pediatriya Mərkəzində hemoqram, koaquloqramma, sidiyin ümumi analizi, immunohematoloji, PZR müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testləri”nin satın alınmasını reallaşdıracaq. Bununla bağlı “SPEKTR MED” MMC ilə müqavilə imzalanıb. Müqavilənin dəyəri isə 5.035.603,98 manatdır.