"Qiymət artımına pozitiv yanaşmalıyıq" - Milli Məclisin deputatı Elşad Musayev belə deyir

Bu gün, 07:14           
"Qiymət artımına pozitiv yanaşmalıyıq" - Milli Məclisin deputatı Elşad Musayev belə deyir
"Ölkədə qiymət artımı daxili və xarici amillərdən asılıdır. Müəyyən məhsullar var ki, onu xaricdən idxal edirik. Əgər xaricdə həmin məhsulların qiyməti qalxırsa, Azərbaycana gələndə də onun qiyməti qalxacaq".

TEREF xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev bildirib.

Deputat vurğulayıb ki, daxili qiymət artımı adətən neft məhsullarının qiyməti ilə bağlı olur:

"Məsələn, benzinin, dizelin qiyməti qalxır, təbii ki, bu digər amillərə də təsir edir. Yaxud da bazarda inhisarçı olur və istəlinən vaxt qiyməti qaldıra bilir. Bizdə qəribə bir tendensiya yaranıb. Qiymət artan kimi ona bir neqativ yozurlar. Hesab edirəm ki, bu, yalnışdır. Qiymət artmasının bir səbəbi də psixoloji amillərlə bağlıdır".

Deputat qiymət artımına pozitiv yanaşmanı tövsiyyə edib:

"Hamı elə fikirləşir ki, nəyinsə qiyməti qalxanda mütləq minumum pensiya, yaxud da əmək haqqı qalxmalıdır. Bu da istər-istəməz gizli yollarla psixoloji baxımdan bazara təsir edir. Ona görə düşünürəm ki, hansısa sahədə artım olubsa, ona daha pozitiv yanaşmaq lazımdır. Neqativ istiqamətdə yanaşmaq lazım deyil. Biz istəyirik ki, insanların əmək haqqı, pensiya və müavinətlər də qalxsın. Buna da pozitiv yanaşmaq lazımdır".

Elşad Musayev qeyd edib ki, dövlətin nə qədər imkanları var belə artımlar davamlı olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.