Nazirlikdən təyyarə qəzası ilə bağlı açıqlama

26-12-2024, 07:24           
Nazirlikdən təyyarə qəzası ilə bağlı açıqlama
Matəmlə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki teatr-konsert müəssisələrində 26 dekabr tarixinə nəzərdə tutulan bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb.

TEREF xəbər verir ki, bu barədə Kult.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Mədəniyyət Nazirliyinin kollektivi təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyir, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yolları aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan həlak olub və yaralanıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə 2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasında matəm elan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru