Dünya mediası o faciədən yazdı

26-12-2024, 10:06           
Dünya mediası o faciədən yazdı
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması dünya mətbuatında da işıqlandırılıb.

TEREF qafqazinfo.az-a istinadən xəbər verir ki, Türkiyənin, ABŞ-nin, Britaniyanın xəbər portalları hadisə barədə məlumatlar yayıb.

Bu faciə Türkiyənin “Cumhuriyyet”, NTV, “Anadolu Ajans”, “Milleyt” , “TRT Haber”, “Habertürk”, “Hürriyet”, Amerikanın “The Guardian”, CNN, “The Washington Post”, Böyük Britaniyanın “Reuters”, Fransanın “France 24”, eləcə də “Al Jazeera” və bir çox media qurumlarının gündəmində yer alıb.

Qeyd edək ki, Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğrayıb. Son məlumata görə, hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru