Ermənistan Rusiyaya gizlicə necə kömək edir?- Dubay əlaqələrini sirri
Dünən, 12:20
Ermənistanla Dubay arasında xarici ticarət əlaqələri bir ilin içində gözlənilməz dərəcədə artıb. Tribunainfo.az xəbər verir ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 880 milyon dollar olsa da, bu il həmin rəqəm 5.8 milyard dollara qalxıb.
Bu ticarətin bu qədər yüksəlməsi şübhəsiz ki, səbəbsiz deyil. Məsələ odur ki, Ermənistan bu addımı ilə Rusiyaya sanksiyalardan kənar addımlar atmaq üçün yardım edir. Belə ki, Ermənistanın Birləşmiş Ərəb Əmirliklərinə satdığı məhsulların heç biri özünə aid deyil. Buraya almaz, qızıl, bəzi kənd təsərrüfatı malları, ət və ət məhsulları, habelə digər xam metallar daxildir. Həmin məhsulların içində olanların böyük əksəriyyəti Rusiyaya məxsusdur və Ermənistanda onlar hasil edilmirlər.
Xarici ekspertlər qeyd edirlər ki, İrəvanın bu hərəkəti Qərb tərəfindən birmənalı qarşılanmayacaq və onu cəzalandıracaqlar. “Çünki Ermənistan bununla Rusiyanın sanksiyaları yarmasına yardım edir”.