İrandan müsbət mesajlar: Pezeşkian Azərbaycana gələcək? - GÖZLƏNTİ

Dünən, 10:00           
İrandan müsbət mesajlar: Pezeşkian Azərbaycana gələcək? - GÖZLƏNTİ
Son zamanlar İran-Azərbaycan münasibətlərində müəyyən normallaşma müşahidə edilir. Ekspertlər Tehranın münasibətləri normallaşdırmaqda qərarlı olduğunu deyir. Diqqətçəkən iddia isə İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfər edəcəyi ilə bağlıdır.

İran-Azərbaycan münasibətlərindəki müsbət gəlişmə iki ölkə prezidentlərinin görüşünə zəmin yarada bilər? Pezeşkianın Bakı səfəri mümkün görünür?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirovun sözlərinə görə, tarixən İran-Azərbaycan münasibətləri çox nahamar yol keçib:

“44 günlük müharibə və qələbəmiz Cənubi Qafqazda tarixi ədaləti bərpa etdi. Bu isə başda İran olmaqla bəzi qüvvələri narahat etdi.

İranda prezident dəyişikliyindən sonra bəzi məsələlər də dəyişdi. Düzdür, İranda prezidentlərin təsir gücü çox deyil, amma bu dəyişikliklər Pezeşkianla başladı.

Ümumiyyətlə, Azərbaycanın İranla heç bir problemi yoxdur. Rəsmi Bakı bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər qurur. Biz İkinci Qarabağ müharibəsindən sonra 3+3 formatını təklif etmişdik. Burada İran da yer alırdı.

O ki qaldı İran prezidentinin Azərbaycana səfər etməsinə, bu, mümkündür. Pezeşkianın cənab Prezidentlə münasibətləri qaydasındadır. Onun Bakıya səfər etməməsi üçün heç bir səbəb yoxdur. Bu səfər baş tuta bilər. Bu həm də münasibətlərin normallaşmasında mühüm irəliləyiş ola bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.