Yanvar ayı banklarımıza düşmür və ya ...

28-01-2025, 11:31           
Yanvar ayı banklarımıza düşmür və ya ...
Ötən ilin yanvarında Azərikard 7 saat müddətində çökmüşdü..
Elektrik sistemində baş verən nasazlıqdan sonra bu prosessinq mərkəzinin bütöv sistemi restartdan sonra dayanmış və onu 7 saat müddətində bərpa etmək mümkün olmamışdı.
Xatırlayıram ki, o zaman problem daha çox buradakı texnologiyalara supportun yetərli, dayanıqlı olmamasıyyla bağlıydı .Nəticədə ölkənin maliyyə-bank sistemində, 15 bankda xidmət dayanmışdı.
Mərkəzi Bankın auditindən sonra bu qurumda İT mühitlə, təhlükəsizliklə bağlı ciddi nöqsanların olduğu müəyyənləşmişdi.
İndi Birbankın çöküşü də, hələlik 7 saatlıq çöküşünün də yanvar ayına təsadüf etməsi ümid edirəm elə təsadüfdür.
Doğurdanmı bu qurumda da hansısa bir "zamıkaniyadan" serverlər çöküb və "kadr və texnoloji support" səbəbindən restart etmək mümkün olmayıb ?
Doğurdanmı bu nəhənglikdə Kapital Bank çökən serverlərini, hansısa texniki problemlərini 7 saat müddətində bərpa etmək iqtidarında deyil.
Çox təəccüblü və düşündürücüdür.
Osman Gunduz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru