Zaur Hüseynovun mədəni "dilənçiliyi", ifşa olunan yalanlar - İLGİNC

Dünən, 07:44           
Zaur Hüseynovun mədəni "dilənçiliyi", ifşa olunan yalanlar - İLGİNC
Hesablama Palatası “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində audit yoxlaması aparıb. Deməli, məlum olub ki, bu vaxta qədər metropolitenin sabiq başçısı yalan danışırmış. “Azərişıq” ASC-dən "Bakı Metropoliteni"nə transfer olan Zaur Hüseynov 10 il əhalini və dövləti aldadıb.

Quruma sədr təyin olunandan sonra o, müəyyən bəhanələrlə metroda gediş haqqını 2 dəfədən artıq bahalaşdırıb. 2014-cü ildə metroda gediş haqqı 20 qəpik olduğu halda, Zaur Hüseynov gələn kimi Tarif Şurasına müraciət etdi ki, bəs, metro elektrik enerjisini çox istifadə edir, metro ziyanla işləyir və sair. Tarif Şurası da müraciət əsasında araşdırmalar apararaq, Zaur Hüseynovun “monitorinq” məlumatlarına inanıb gediş haqqını bahalaşdırdı. Bir neçə il metroda gediş haqqı 25 qəpik olandan sonra Zaur Hüseynov həvəslənib, yenidən gediş haqqının 30 qəpiyə qədər bahalaşmasına nail oldu. Bu proses tədricən davam etdirildiı, nəticədə metroda gediş haqqı nə az, nə çox, düz 50 qəpik oldu. 2024-cü ilin sonunda isə Zaur Hüseynovun “mirzələri” panika yaymağa başladılar ki, bəs, metro yenə ziyanla işləyir. Belə məlumat yayıldı ki, 1 sərnişinin daşınması "Bakı Metropoliteni"nə 85 qəpiyə başa gəlir. Guya ki, metro rəhbərliyi o qədər “humanistlik” edir ki, sərnişini 50 qəpiyə daşıyandan sonra, hər sərnişinin ödədiyi gediş haqqının üstünə 35 qəpik qoyub, dövlətə ödəyir. Biz də inanırdıq. Hətta az qalırdıq ki, özümüz yığışaq Tarif Şurasına müraciət edək ki, sən Allah metroda gediş haqqını artırın, Zaur Hüseynova ziyan olmasın. Adam düz 10 il ağlaşma qurdu metroda, gördüyü iş isə sıfır.

10 il əvvəl metroya rəhbər təyin olunanda Zaur Hüseynov söz vermişdi ki, bəs təyin olunan kimi yenilik edəcək, Yaşıl və Qırmızı xətlərin ayrılması üçün çalışacaq ki, metroda sıxlıq olmasın. Amma Zaur müəllim gələndən cəmi iki stansiya güclə tikilib başa çatdırıldı. Məsələn, 2011-ci ildən Yaşıl və Qırmızı xətləri ayıran, şərti adı “Həzi Aslanov – 2” adlandırılan stansiyanın inşasına başlansa da, 2019-cu idən həmin stansiyanın inşası barədə məlumat vermək qadağan edildi. 2022-ci ildə Zaur Hüseynovun müavini Əlixan Osmanov jurnalistlərə məlumat verdi ki, bəs stansiyanın tikinti işlərinin böyük hissəsi görülüb, amma indi inşa işləri dayanıb. Səbəb isə birdir - maliyyə çatışmazlığı, vəssalam. Əlixan müəllim dedi ki. narahat olmayın, tikinti bərpa ediləcək. O ediləcək, bu ediləcək, hələ də tikinti qalıb.

Bundan sonra Bənövşəyi xətt üzrə tikinti işləri başlandı. Şərti adı "B-4" olan stansiya sürətlə tikilməyə başladı. Dedilər ki, stansiya 2024-cü ilin əvvəlində istifadəyə veriləcək. 2024-cü ilin əvvəlində dedilər ki, yox, stansiya 2024-ün axırında istifadəyə veriləcək. İlin sonunda isə məlum oldu ki, hörmətli Zaur müəlim “B-4”ün də tikintisini dayandırıb. Bunu da yıxdılar maliyyə probleminin üstünə. Bu gedişlə Zaur Hüseynov bütün tikintiləri dayandırdı ki, pulum yoxdu, ziyanla işləyirəm. Adam bütün tikinti işlərini saxlamaqla dövləti aldadıb, əlavə dotasiya almaq istəyirmiş. Yəni mədəni dilənçilik. Təxminən metro qarşısındakı dilənçilər kimi. O dilənçilər də elə yığırdı camaatdan pulu. Ağlaşma qura-qura, yalvara-yalvara. O dilənçilər xalqdan yalvarıb pul alırdı, Zaur Hüseynov da təxminən həmin üsulla dövlətdən.

Çox keçmədi ki, Zaur Hüseynovun bu “yazıq sifəti” açıldı, maska göründü. Sonra da işdən azad edildi. “Azərişıq” ASC-də əhalini aldadıb yığa-yığa gələn Zaur Hüseynov elə bilirdi ki, metroda da aldada biləcək. Daha bilmədi ki, bir gün əməlinin üstü açılacaq. İşıqpulu yığan Zaur müəllimin əməllərinin üstü də elə işıq sürətilə açıldı. İndi Hesablama Palatası “yığımcıl” sədrin qanunsuz əməllərinin siyahısını yığır. Görünən odur ki, bu “yığım” o yığımdan olmayacaq. Zaur Hüseynovun əl-ayağı yığılır artıq.

Samir Əli tns.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.