Bu gün Brüsseldə imza atılır: İrəvan sülh müqaviləsi bağlamaqdan rəsmən imtina etdi - Əslində SÜLH DAHA ÇOX ONLARA LAZIMDIR...

Dünən, 12:09           
Bu gün Brüsseldə imza atılır: İrəvan sülh müqaviləsi bağlamaqdan rəsmən imtina etdi -
Əgər son dəqiqə sürprizləri olmasa, səfirlər Avropa Birliyinin mülki missiyasının daha iki il, 2027-ci il fevralın 19-dək Ermənistanda qalması layihəsini təsdiq edəcəklər.

Publika.az xəbər verir ki, bunu “Azadlıq” radiosunun Avropa üzrə redaktoru Rikard Jozviak bildirib.

Qərar layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayı dəyişməz qalacaq: 165 beynəlxalq müşahidəçi və Ermənistandan 44 əməkdaş. Missiyanın müşahidə zonası, rəsmi açıqlamaya görə, Naxçıvan bölməsi də daxil olmaqla, bütün Ermənistan-Azərbaycan sərhədi boyunca uzanacaq.

Bu addım onu deməyə əsas verir ki, Ermənistan sülh müqaviləsini imzalamaqda maraqlı deyil. Çünki Bakı sərhədlərdə üçüncü qüvvənin olmasını istəmir.

Öncə İrəvanın bu haqlı tələbi qəbul edəcəyi gözlənilirdi. Amma görünür Brüsseldən gələn əmrdən sonra İrəvan geri çəkilib. Yeri gəlmişkən, imzalanma mərasimi məhz Brüsseldə baş tutacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.