Rusiyanın 9 vilayətinə HÜCUM: Rusiyadan SENSASİON təhdid: “Putini öldürməyə cəhd olsa...”

Dünən, 12:35           
Rusiyanın 9 vilayətinə HÜCUM:
Hərbi Hava Qüvvələri gecə saatlarında Rusiya bölgələri üzərində Ukraynanın 104 pilotsuz təyyarəsini vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 104 pilotsuz uçan aparatını məhv edib”, - qurumdan bildirilib. Kursk vilayətində 47, Bryansk vilayətində 27, Smolensk vilayətində 11, Tver vilayətində 7, Belqorod vilayətində 4, Nijni Novqorod və Kaluqa vilayətlərində 3, Rostov və Leninqrad vilayətlərində 1 PUA məhv edilib.

Rusiya Prezidenti Vladimir Putinə sui-qəsdin hazırlanması və bunun müzakirəsi cinayətdir və qlobal təhlükəsizliyə ciddi təhdiddir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

“Putinə qarşı sui-qəsdin hazırlanması, onun müzakirəsinin özü belə cinayətdir. Qlobal təhlükəsizliyə ən ciddi təhdiddir, nüvə müharibəsinin başlanmasına birbaşa yoldur. Bu, bütün beynəlxalq qurumların araşdırması üçün əsas olmalıdır”, - spiker bildirib.

Xatırladaq ki, amerikalı jurnalist Taker Karlson bundan əvvəl ABŞ-nin keçmiş prezidenti Co Bayden administrasiyasını Putini öldürməyə cəhddə günahlandırmışdı. Onun sözlərinə görə, keçmiş dövlət katibi Entoni Blinken vəzifəsinin son iki ayında ABŞ və Rusiya arasında müharibəni sürətləndirmək üçün əlindən gələni edib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız politoloq Elxan Şahinoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.