"Word" faydalı funksiyasını itirdi

1-02-2025, 16:16           
"Word" faydalı funksiyasını itirdi
"Microsoft" intellektual axtarış funksiyasını "Word" mətn redaktorundan silib.

Bu barədə "Digital Trends" nəşri məlumat yayıb.

İntellektual axtarış (Smart Lookup) funksiyası 2016-cı ildən "Microsoft Word"ün müxtəlif versiyalarında mövcuddur. Bu funksiya internetdən müxtəlif söz və terminlər haqqında məlumat toplayaraq, onların izahını tapmağa imkan verirdi.

Qeyd olunurki, "Word"ün yeni versiyalarında faydalı funksiya itib. Media ekspertləri hesab edirlər ki, bu funksiya süni intellektə (AI) görə dayandırılıb.

Bildirilir ki, "Smart Lookup" funksiyasını "Copilot" süni intellekti əvəz edəcək. Bu yolla "Microsoft" daha çox istehlakçının "Copilot"dan istifadə etməsini təmin edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru