Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz

20-02-2025, 10:44           
Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz
Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz, biz mövcud olmaq haqqımızı müdafiə edəcəyik.

UNİAN xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa öz “X” hesabında yazıb.

Onun sözlərinə görə, Ukrayna müasir Avropa tarixində ən dəhşətli hərbi hücuma və üç illik total müharibəyə dözüb.

"Ukrayna xalqı və onun prezidenti Volodimir Zelenski Putinin təzyiqinə boyun əyməkdən imtina etdi. Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz. Biz mövcud olmaq haqqımızı müdafiə edəcəyik", - XİN rəhbəri yazıb.

Qeyd edək ki, prezident Donald Tramp Ukrayna prezidentini ABŞ yardımını israf etməkdə və diktatura yaratmaqda ittiham edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru