Fuad Nəcəfli Vasif Talıbova SÖZ VERİBMİŞ VƏ... - İlk günlər dəymədilər, amma sonradan...

Bu gün, 12:16           
Fuad Nəcəfli Vasif Talıbova SÖZ VERİBMİŞ VƏ... - İlk günlər dəymədilər, amma sonradan...
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verdikdən sonra yerli sakinlər yeni dövrün başlayacağına ümid edirdilər. Amma olmadı... "DİA-AZ" bildirir ki, Fuad Nəcəfli Prezidentin Naxçıvan Muxtar Respublikasında xüsusi nümayəndəsi təyin olunmasından sonra ümidlənən sakinlər indi peşmandılar... hətta Vasif Talıbovun dövrünün həsrətini belə çəkirlər...

Belələrindən biri də Naxçıvanda Fuad Nəcəflinin əlindən baş götürüb qaçan sahibkardır. Zamanında - Vasif Talıbovun dönəmində MR-da biznesinin olduğunu deyən müraciət müəllifi "DİA-AZ"a yazdıqlarında qeyd edir ki, adının anonim qalmasını istəyir... çünki Naxçıvandan əmlakını tam olaraq çıxara bilməyib və etiraf edir ki, zamanında Vasif Talıbovla münasibətləri olub deyə çox əzilir:

"Naxçıvanın yaşamalı günləri Talıbovla getdi. Siz Talıbovu hələ çox axtaracaqsınız.
Naxçıvanlı deyiləm, orda zamanında biznesim var idi. Kimliyimi deməyəcəm. Desəm tanıyacaqlar. Etiraf edirəm ki, Vasif Talıbovun yaxınları ilə yaxın münasibətim olub. İndi isə Fuad Nəcəflinin dövründə durum bərbadlaşdığından başımı götürüb qaçmaqdayam... Təxminən 40-50 ailənin dolanışıq yeri bir neçə aydır ki, bağlandı. Mən tək deyiləm. Neçəsi biznesini bağlayıb, aradan çıxır...
Amma Naxçıvanda olmuş adam kimi deyə bilərəm ki, Naxçıvan çox gözəl və yaşamalı yerdir. İş güc olsa lap əla yerdir. Aman versələr, Naxçıvan biznes üçün ən uyğun yerlərdən biridir. İrən və Türkiyə ilə olan sərhədlər biznes işini asanlaşdırır normalda. Amma orda vəziyyət belə deyil. Hər şey çətindir.
Vallah.
Sabit, sakit, küçələr təmiz, insanlar rahat, kimsə kiməsə "çor" deyə bilməzdi orada əvvəllər - yəni Talıbovun dövründə...
Çünki "poryadka" var idi.
5 yaşında uşağı buraxardın çölə, getsin gəzsin, başı üstündə salamat gəlsin evə.
Naxçıvanda praktik olaraq cinayət yox idi.
Nə avtoxuliqanlıq yox idi, nə küçələrdə avara avara gəzən gədə güdə yox idi.
Həm də Naxçıvanda gördüyüm o oldu ki, oranın insanları Allaha çox bağlı olur. Rahat adamlardı naxçıvanlılar. Bu bir həqiqətdir.
Təbii ki, idarəetmədə ciddi və qətiyyətli idi. İndi isə Naxçıvanın yavaş yavaş zibili çıxır.
Bir neçə müddətdən sonra Naxçıvanda kimsə qalmayacaq... Bunun isə tək səbəbi Fuad Nəcəflidir və onun komandası.
Onlar Naxçıvana o qədər mənfiliklər gətiriblər ki, sayıb qurtarmaq olmur.
Sizin "DİA-AZ"a növbəti yazımı göndərəcəm. O zaman biləcəksiniz ki, Naxçıvanda sahibkarları necə əzirlər.
İlk günlər rahat oldu. Deyilirdi ki, Fuad Nəcəfli Vasif Talıbova söz verib ki, onun biznesinə dyəməyəcək. Amma Fuad Nəcəfli sözünün üstündə durmadı. ümumiyyətlə, Nəcəfli üçün hansısa insani dəyər, etiket mövcud deyil..."

DAVAMI VAR...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.