Bu sənət adamları təltif edildi

20-03-2025, 08:24           
Bu sənət adamları təltif edildi
Mədəniyyət Nazirliyində Xalq artistləri – tarzən Möhlət Müslümov, opera müğənnisi Azər Zeynalov, Xalq rəssamı Aydın Rəcəbov, Əməkdar rəssam Tahir Məmmədov və şair, folklorşünas, Əməkdar jurnalist Adil Cəmil ilə görüş keçirilib.
Nazirlikdən verilən xəbərə görə, mədəniyyət naziri Adil Kərimli Novruz bayramı münasibətilə onlara təbriklərini çatdırıb, yaradıcılıq uğurları arzulayıb.

Bildirib ki, görüşdə iştirak edən mədəniyyət xadimlərinin hər biri müvafiq sahələr üzrə ölkəmizdə və xaricdə yaxşı tanınır və Azərbaycan mədəniyyətini layiqincə təmsil edirlər.

Nazir Prezident İlham Əliyev tərəfindən ölkəmizdə yaradıcı insanların əməyinin daim yüksək qiymətləndirildiyini, yüksək dövlət təltiflərinə layiq görüldüklərini deyib.

Adil Kərimli mədəniyyətimizin sayılıb-seçilən imzalarından olan bu insanların fəaliyyətinin Mədəniyyət Nazirliyi tərəfindən də təqdir edildiyini bildirib, onların Fəxri diplomla təltif olunduqlarını diqqətə çatdırıb.

Sonra nazirliyin Fəxri diplomları sahiblərinə təqdim olunub.

Təltif edilən şəxslər fəaliyyətlərinə verilən qiymətə görə Mədəniyyət Nazirliyinə minnətdarlıqlarını bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru