Yaxın Şərqdə hadisələrin gedişatı - kuliminasiyaya gedən yol
Bu gün, 16:22

İran İsrail arasında 12 günlük müharibənin atəşkəslə bitməsindən sonra Suriyanın Cənubunda yaşayan druz qrupunu himayə bəhanəsi ilə Tel Əviv Şaraa hökümətinin mərkəzləşmiş dövlət yaratmaq üçün burada başlatdığı hərbi əməliyyata qarşılıq Dəməşq və digər yaşayış məntəqələrinə hava zərbələri endirdi.
Suriyada şimalda PKK, YPG kimi qruplaşmaların fəaliyyətini məhdudlaşdırmaq üçün çalışılsa da (daha doğrusu bu birləşmələr tərk silah olmaq niyyətində deyillər), Cənubda Druzların yaşadığı bölgəni mərkəzi hakimiyyətə birləşdirmək istənilsə də bir sıra Qərb xarici qüvvələri buna mane törədir.
İsrail Suriyanın zəif və parçalanmış olmasını istəyir, beləcə şimal sərhədlərinin ətrafına bufer zona yaradır.
Həmçinin, Şaraa hökümətinin yaxın əməkdaşlıq etdiyi Türkiyə bu ölkəni özünün himayəsi - prorektoratına ala bilər deyə, hansı ki, Ankara həmişə İsrailə qarşı Fələstin məsələsi və orada İnsan hüquqlarına görə ciddi bəyanatlarla çıxış edir, məhz bu üzdən ölkənin vahid və mərkəzləşmiş olmasını istəmir.
Yaxın Şərqi bu gün Balkan böhranı ilə müqayisə etmək olar, XX əsrin əvvəllərində Balkan yarımadasında mövcud olan vəziyyət elə idi ki, müxtəlif güclərin bölgəni bölüşdürmək, yeni quruluş qurmaq üçün bir sıra ziddiyyətlər yaradılmışdı. I Dünya müharibəsi də məhz bu bölgə üzərində ilk olaraq Avstriya Macarıstanın Vəliəhd Frans Ferdinandın qətlinə görə əslində isə Balkanların mühüm strateji nöqtələrini ələ keçirmək istəyi ilə başlamışdı.
Yaxın Şərqdə isə neft və qaz yataqlarının ələ keçirilməsi, digər tərəfdən tranzit keçid yollarının nəzarət altına alınması üçün ABŞ hərbi bazalar yaratmaq məqsədi ilə regionda mümkün qədər sülhün olmasının qarşısını alır.
Məsələn, İraq Küveyti işğal edən zaman ABŞ oranın azad edilməsi üçün Körfəz müharibəsində iştirak edən koalisiyanın əsas başçılarından idi və məqsəd əslində Ərəb ölkələrində özünə qarşı rəğbət hissi yaratmaq idi.
1980 ci illərdə səhra olan və adi yaşayış məntəqələr 1990 cı illərdən neft və qaz hasilatı üzrə Ərəbistan yarımadasında Qərb şirkətləri ilə əməkdaşlıq sayəsində inkişaf edərək nəhəng meqapolislərə çevrilərək - misal üçün Dubay.
ABŞ Körfəz müharibəsi ilə
1)Ərəbistan yarımadasında özünə siyasi rəğbət və dayaq qazandı.
2)İsrail üçün Ərəb koalisiyasının anti Tel Əviv hərəkatının baş verməsini önlədi
3) regionda hərbi bazalarının fəaliyyətini genişləndirmək imkanı əldə etdi o cümlədən İranın bölgədə ekspansiyasına qarşı və İran İsrail müharibəsi olarsa bu bazalardan istifadə edərək Tel Əvivin qorunmasını təmin edəcəkdi
4) Ərəbistan yarımadasında neft və qaz yataqlarının istismarına yatırılmış özlərinin investisiyalarından ABŞ və Qərb şirkətləri yüksək məbləğdə gəlirlə xeyir qazanmaq imkanı əldə etdilər.
İranın regionda müttəfiqlərini biri birinin ardınca aradan götürən ABŞ və İsrail indi regionda Türkiyənin var olmasını istəmir.
İki ölkənin Suriya üstündə toqquşması ehtimalına qarşı Bakıda keçirilən bir neçə gün öncəki görüş və bundan aylar öncəki görüşdə də məhz maraq dairələrinin münaqişəyə səbəb olmaması üçün danışıqlar aparılmışdır. Türkiyə İsrailin Suriyanı nəzarət altına almasını həm də ABŞ nin bölgədə güclənməsi sayır.
Çünki, Şimali Suriyada PKK, YPG, PYD kimi qruplaşmaların fəaliyyəti üçün
Vaşinqton amili dəstək anlamı daşıyır və Ankara üçün cənub sərhədlərində hərbi münaqişələr arta bilər.
Suriyada Şaraa hökümətinə dəstək verməklə Türkiyə həm burada yaxın Şərqə nəzarət edəcək sistem yaratdı ,ABŞ nin Türkiyənin cənub sərhədlərinədək gəlməsinin qarşısını aldı, həm də şimaldakı qruplaşmaların fəaliyyətini məhdudlaşdırmaq üçün şərait yaratdı.
İsa İsmayılov Elşad Oğlu,siyasi şərhçi