Məhkəmə “Azərlotereya” əleyhinə qərar verdi: “Əvvəl vətəndaşları şirnikləndirir, sonra aldadır”

Bu gün, 09:18           
Məhkəmə “Azərlotereya” əleyhinə qərar verdi:
“Azərlotereya” ASC vətəndaşları aldatmaqda ittiham olunur. Bu səbəbdən də qurum məhkəməyə verilib.
Bizimyol.info xəbər verir ki, məhkəmə araşdırmalarından sonra hakim də şikayətçi vətəndaşın haqlı olduğu qənaətinə gəlib. “Azərlotereya” ASC-nin üzərinə vətəndaşa vurulan ziyanı ödəmək öhdəliyi qoyulub.

“Azərlotereya” vətəndaşları əvvəlcə şirnikləndirir, sonradan onları aldadır. Udduqları məbləği onlara verməkdən imtina edir. Bu, hüquqa və qanunvericiliyə tamamilə zidd hərəkətdir”, - deyə şikayətçi bildirib.

“Azərlotereya" ASC Azərbaycanın yeganə rəsmi lotereya təşkilatçısı və idman mərc operatorudur. Şikayətçi bildirir ki, misli.az mərc saytında futbol üzrə Sloveniya və Serbiya milli komandaları arasındakı qarşılaşmaya 350 manat mərcə pul qoyub. 3.58 əmsal verilən kupon üzrə 1253 manat pul udsa da, “Azərlotereya”dan pulunu ala bilmir: “Pulu verməkdən imtina edirlər. “Misli.az”ın operatoru əmsallarda yanlışlığa yol verdiklərini bildirdi. Soruşanda ki, nə qədər verəcəksiniz, dedilər ki, elə qoyduğum məbləği. Əmsal (koefisent) 3.58 göstərməsəydi, mən heç riskə gedib, 350 manat mərcə pul qoymazdım”.

“Azərlotereya” ASC-nin nümayəndəsi isə ittihamla razılaşmır: “İddiaçı oyunda ən azı 2 qol vurulacağına mərc edib. Mərc edilərkən misli.az virtual mühitində bu canlı mərc üzrə 1.5 Üst hadisəsi (azı 2 qol vurulacağı) üçün təklif edilən əmsal 3.58 olub. Oyunun 69-cu dəqiqəsinədək hesab 0-0 olub. Lakin iddiaçının mərc etdiyi anda oyunda artıq bir qol vurulmuşdu. Oyunun 69-cu dəqiqəsində Sloveniya futbolçusu Karniçnikbu oyunda hesabı açmışdı. Yəni mərc edilən hadisənin reallaşma ehtimalı artdığı üçün, bu halda əmsal azaldılmalı idi”.

Nümayəndə qeyd edib ki, “Azərlotereya” ASC və ya onun riskin idarə edilmə mərkəzi tərəfindən hər hansı qanun pozuntusu na yol verilməyib. Bu səbəbdən şikayət də əsassızdır. Lakin Nəsimi Rayon Məhkəməsinin hakimi hesab edib ki, bu mübahisədə vətəndaş haqlıdır. Məhkəmənin qərarında da göstərilib ki, Sloveniya-Serbiya matçı ilə bağlı texniki çətinliklərin baş verməsi “Azərlotereya”nın 1253 manat ödənişdən boyun qaçırması üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də vətəndaşın iddiası təmin olunmalı, 1253 manatı “Azərlotereya” ASC şikayətçiyə ödəməlidir.

Aytən, Bizimyol.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru