IMF: Qlobal iqtisadi vəziyyət ticarət gərginliyi səbəbindən çətin olaraq qalır

Dünən, 09:34           
IMF: Qlobal iqtisadi vəziyyət ticarət gərginliyi səbəbindən çətin olaraq qalır
Qlobal iqtisadiyyat ticarət gərginliyi və davamlı yüksək qeyri-müəyyənlik səbəbindən çətin mənzərə nümayiş etdirir.

“Report”un məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) Kommunikasiyalar departamentinin direktoru Culi Kozak bildirib.

“Qlobal iqtisadiyyata nəzər saldıqda görürük ki, göstəricilər ticarət gərginliyinin yaratdığı çətin vəziyyəti əks etdirir... Biz çox yüksək qeyri-müəyyənlik dövrünün şahidi olduq”, - o, brifinq zamanı deyib.

Kozakın sözlərinə görə, ticarət münaqişələri polad, alüminium və misə olan tariflərin artması ilə müşayiət olunur ki, bu da bütün beynəlxalq ticarətə təsir göstərir.

O, həmçinin bildirib ki, IMF gələn həftə ABŞ tariflərinin qlobal iqtisadiyyata təsirinin hərtərəfli qiymətləndirilməsini başa çatdıracaq. Kozak xatırladıb ki, aprel ayında ABŞ tariflərinin effektiv dərəcəsi 25 %-dən 14 %-ə düşüb, lakin o vaxtdan bəri hər iki istiqamətdə dəyişib və yeni yekun qiymətləndirmə gələn həftə məlum olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru